Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışını davam etdirən "İnter" klubu bu gün ikinci yoxlama görüşünü keçirib.
Qol.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxt klubunun növbəti rəqibi ötən mövsüm Türkiyə Super Liqasına vəsiqə qazanan "Mersin İdman Yurdu" klubu ilə qarşılaşıb.
Qarşılaşmaya fəal başalayan "İnter" ilk hissənin əvvəllərində hesabı açmağa müvəffəq olub. Daha bir dəfə fərqlənən Kaxaber Sxadadzenin komandası ilk hissəni qalib başa vurub.
Fasilədən sonra isə qapısında 2 qol görən "İnter" 87-ci dəqiqədə Baçana Sxadadzenin qolu ilə yenidən hesabda önə çıxıb. Lakin "bankirlər" 90-cı dəqiqədə rəqibin qoluna mane ola bilməyiblər və görüş 3:3 hesabı ilə başa çatıb.
Qeyd edək ki, bu komanda heyətinə Mert Nobre və Öndər Turacı kimi məşhur futbolçuları qatıb. "Mersin İdman Yurdu" klubunu Türkiyənin tanınmış məşqçisi Nurullah Sağlam çalışdırır.
Xatırladaq ki, Türkiyədəki ilk yoxlama görüşündə "İnter" Ukraynanın "Metallurq"(Zaporojye) klubunu 4:0 hesabı ilə məğlub edib.
6 iyul
19:00. "İnter" - "Mersin İdman Yurdu" - 3:3
Qollar: Girts Karlsons, 17 (1:0), 35 (2:0), Baçana Sxadadze, 87 (3:2)
Rafinya zədələndi
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi