Fabreqas məşqə çıxmaqdan imtina etdi

Fabreqas məşqə çıxmaqdan imtina etdi
XƏBƏR 6 İyul 2011 / 11:31 3775
-  A +

İspaniya millisi və “Arsenal”ın yarımmüdafiəçisi Sesk Fabreqas komandasının dünənki məşqinə çıxmayıb. London klubunun kapitanı trenajor zalında fərdi olaraq məşq edib. Qol.Az-ın İngiltərə mətbuatına istinadən məlumatına görə, 25 yaşlı futbolçu bununla da “topçular”da qalmaq istmədiyini bir daha biruzə verib.

Qeyd edək ki, “Barselona”da oynamaq istəyən Fabreqas bir müddət öncə Vengerlə söhbət etmiş, ancaq nəticəsiz qalmışdı. Bunun məntiqi nəticəsi kimi də, yarımmüdafiəçi son məşqə qatılmayıb. Bundan başqa, İspaniya yığmasının üzvü “Arsenal”ın Asiya səyahətində iştirak etmək istəmir. Bxmayaraq ki, o, bu turneyə həsr olunmuş reklam filmində iştirak etmişdi.

Son xəbərlər