“Fənərbaxça”nın kapitanı: “Halal zəhmətimizi heç kim dana bilməz”

“Fənərbaxça”nın kapitanı: “Halal zəhmətimizi heç kim dana bilməz”
XƏBƏR 6 İyul 2011 / 10:52 1889
-  A +

“Biz bu çempionluğu alnımızın təri ilə qazandıq. Bu uğurumuzu, halal zəhmətimizi heç kim dana bilməz”. Qol.Az-ın məlumatına görə, bu sözləri adı danışılmış oyunlarda hallanan “Fənərbaxça”nın kapitanı Aleks De Souza deyib.

Baş verənləri qulaqardına vuracaqlarını söyləyən təcrübəli futbolçu öz işləri ilə məşğul olacaqlarını bildirib: “Biz burda var-gücümüzlə çalışıb, məşqlərimizi əvvəlkilərdən yaxşı edəcəyik. Hadisələri qulaqardına vurub, öz işimizlə məşğul olacağıq”.

Son xəbərlər