"Bakı"nın rəqibi dəyişdi

"Bakı"nın rəqibi dəyişdi
XƏBƏR 6 İyul 2011 / 08:49 1675
-  A +

Sloveniyada təlim-məşq toplantısını davam etdirən "Bakı" iyulun 9-da üçüncü yoxlama matına çıxacaq. Qol.Az-ın məlumatına görə, Azərbaycan klubunun rəqibi Türkiyə deyil, Xorvatiya təmsilçisi olacaq.

Superliqaya vəsiqə qazanan "Orduspor" klubu təşkilati problemlər səbəbindən "Bakı" ilə qarşılaşmada iştirak etməyəcək. Təlim-məşq toplantısının son günündə sparrinq rəqib Xorvatiya yüksək liqasının "İstra" (Pula) klubu olacaq. Oyun Lyublyana şəhərində baş tutacaq və Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.


Son xəbərlər