"Neftçi"yə keçəcəyi bildirilən futbolçu karyerasını bitirdi

"Neftçi"yə keçəcəyi bildirilən futbolçu karyerasını bitirdi
XƏBƏR 5 İyul 2011 / 22:43 2336
-  A +

Türkiyə milli komandasının və "Beşiktaş" klubunun sabiq futbolçusu İbrahim Üzülməz karyerasını başa vurub. Qol.Az-ın məlumatına görə, 37 yaşlı oyunçu "Haber1903"ə açıqlamasında qərarını məşqçiliyə başlamaq istəyi ilə izah edib.

Üzülməz deyib: "Bunun üçün gərəkli işlərə yavaş-yavaş başlamışam. Artıq Türkiyə futboluna məşqçi kimi xidmət etmək istəyirəm". 

Qeyd edək ki, İbrahim Üzülməz fevralda "Beşiktaş"dan komanda yoldaşı İbrahim Toramanla dava etdiyi üçün qovulub. Bundan sonra İbrahimlə "Neftçi"nin maraqlandığı barədə qardaş ölkə mətbuatında xəbərlər yayılıb. Lakin flaqman rəsmiləri bu xəbəri təkzib ediblər.   

Son xəbərlər