"Xəzər Lənkəran" "Zaqreb"lə də qolsuz heç-heçə etdi

"Xəzər Lənkəran" "Zaqreb"lə də qolsuz heç-heçə etdi
XƏBƏR 5 İyul 2011 / 23:14 2615
-  A +

Avstriyanın Fulmpes şəhərində təlim-məşq toplantısında olan "Xəzər Lənkəran" klubu bu gün 4-cü yoxlama matçını keçirib. Qol.Az-ın məlumatına görə, Azərbaycan Kubokunun sahibi Xorvatiyanın "Zaqreb" komandası ilə qarşılaşıb.

Hər iki komandanın cəhdlərinə baxmayaraq, görüş qolsuz bərabərliklə başa çatıb. Baş məşqçi start heyətində bu futbolçulara yer verib: Kamran Ağayev, Elnur Allahverdiyev, Andrey Mureşan, Rahid Əmirquliyev, Eder Bonfim, Rikardo Qomeş, Culius Vobay, Matius Onofraş, Çaba Borbeli, NoaoPaulo Pinto Ribeyro, Ramunas Radaviçius.
 
Qeyd edək ki, "Xəzər Lənkəran" əvvəlki yoldaşlıq görüşlərində Fulmpes şəhərinin həvəskarlardan ibarət komandasını 12:0 hesabı ilə yenib. Almaniyanın "Dinamo" (Drezden) klubu ilə qolsuz heç-heçə edən "ağ-yaşıllar" II Bundesliqada çıxış edən "İnqolştadt 04"ə uduzub - 1:4.

Son xəbərlər