Cüneyt Çakır: “Bunu təsdiq etsələr, hakimliklə vidalaşacam”

Cüneyt Çakır: “Bunu təsdiq etsələr, hakimliklə vidalaşacam”
XƏBƏR 5 İyul 2011 / 18:58 2284
-  A +

"Türkiyədə danışılmış oyunlarla bağlı istintaq davam edir. Bir neçə saat öncə ölkə mətbuatı FİFA referisi Cüneyt Çakır haqqında iddia ortaya atmış və onun “Beşiktaş” – “Fənərbaxça” (2:4) oyununa Əziz Yıldırımın sifarişi ilə təyin olunduğunu yazmışdı. Bundan dərhal sonra isə Çakır məsələyə aydınlıq gətirib.

Qol.Az-ın məlumatına görə, haqqında gəzən söz-sözhbətlərə münasibət bildirən təcrübəli hakim yazılanların həqiqətə uyğun olmadığını dilə gətirib:

“Türk polisinin danışılmış oyunlarla bağlı apardığı istintaqa əsassız olaraq adım qarışdığı üçün kədərləndim. Çünki belə bir şey mümkün deyil. 15 illik şərəfli hakimlik karyeramda Əziz Yıldırımla iki dəfə referilərin seminarında üz-üzə gəlmişəm və hər ikisində də münasibətimiz quru salamdan o tərəfə keçməyib.

Həmin görüntüləri göstərib, iddianı təsdiq etsinlər, türk xalqına söz verirəm ki, hakimliklə vidalaşacam. Mətbu orqanların belə boş xəbərlərə yer verməməsini xahiş edərəm”.

Son xəbərlər