“İnter”in yeni futbolçusu Ruslan Poladov klubun rəsmi saytına müsahibə verib. Qol.Az-ın məlumatına görə, Poladov "İnter"ə keçidi və hazırlıq prosesisin gedişi haqda fikirlərini bildirib.
Ruslan,"İnter" klubuna keçidin necə rəsmiləşdi?
Bu keçid hələ keçən mövsümün əvvəlində gözlənilirdi, lakin sonda mən "Xəzər-Lənkıran" klubunda qaldım. Mövsüm başa çatandan sonra "İnter"dən yenə təklif gəldi və mən onu məmnuniyyətlə qəbul etdim. Çox istəyirdim ki, məhz bu klubda çıxış edim.
"Xəzər-Lənkaran" klubunda 3 ildən çox vaxt keçirmisən. Amma keçən mövsüm sənin üçün heç də uğurlu alınmadı. İlin əvvəlində ağır zədə aldın və bundan sonra əsas heyətdəki yerini itirmisən..
Birinci dövrədə demək olar ki,hər oyunda meydana çıxdım, lakin 2011-ci ilin əvvəlində Antaliyada keçirilən təlim-məşq toplanışda zədə aldım. Bundan sonra yaşıl meydandan kənarda qaldım. Bərpa olandan sonra isə məşqçi mənə çox nadir hallarda oyuna buraxırdı.
Artıq "İnter" komandasının sıralarına qoşulmusan və Türkiyədəki toplanışda iştirak edirsən. Hazırlıq prosesi barədə sənin fikirlərini öyrənmək istərdik..
Hazırlıq çox yaxşı keçir. Futbolçular verilən tapşırıqları həvəslə yerinə yetirir. Komandada yaxşı atmosfer var.
Komandanın baş məşqçisi Kaxaber Sxadadze ilə “İnter”ə gəlməmişdən əvvəl tanış idin?
Bildiyiniz kimi,mən iki mövsüm "Standart" klubunda oynamışam, ordan isə "Xəzər-Lənkəran"a keçdim. "Standart"ı tərk edəndən sonra bu klubun sükanı arxasına məhz Kaxaber Tsxadadze gəlib. "Standart"da qarşılaşmasaq da, bir-birimizi tanıyırdıq. "İnter"ə gəlməmişdən əvvəl bu məşqçiynən əlaqəmiz var idi.
Gələn mövsümdən nə gözləyirsən?
Gələn mövsümdən mən ancaq uğur gözləyirəm. Bu klubda hər zaman yüksək pilləllər haqqında düşünürlər. Bizi çətin iki turnir gözləyir-çempionat və kubok, biz də öz növbəsində bu yarışlarda maksimal nəticə qazanmağa çalışarıq.
"İnter"in heyətində 1 mövqedə oynayan bir neçə bərabər səviyyəli futbolçu var. Start heyətə vəsiqə uğrunda mübarizədən çəkinmirsən ki?
Yox, əksinə. Mən rəqabətdən heç vaxt qorxmamışam. Futbolda sağlam rəqabət artıma təkan verir. Klubda bu rəqabətin olması birbaşa oyunçular və ümümiyyətlə komanda üçün yaxşıdır. Bu proses ancaq inkişafa gətirib çıxardır.
Rafinya zədələndi
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi