Əvvəl "Qarabağ", sonra "Banqa"

Əvvəl "Qarabağ", sonra "Banqa"
XƏBƏR 5 İyul 2011 / 17:02 2285
-  A +

Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - "Banqa" matçı üçün oyunöncəsi proqram müəyyənləşib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, iyulun 6-da "Qarabağ" oyunöncəsi son məşqinə 20:00-da çıxacaq.

1 saatlıq çalışma media üçün açıq olacaq. Məşqdən 15 dəqiqə əvvəl konkret olaraq 19:45-də isə komandanın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı keçiriləcək.

"Qarabağ"ın rəqibi Litva klubunun baş məşqçisi Arminas Narbekovas isə 20:45-də media mənsublarının önünə çıxıb onların suallarını cavablandıracaq. 21:00-da isə "Banqa"nın  məşqi baş tutacaq.
 
Qeyd edək ki, mətbuat konfransları oyunun keçiriləcəyi Tofiq Bəhramov adına respublika stadionunda baş tutacaq.

Son xəbərlər