“Qalatasaray”dan “Fənərbaxça”ya dəstək

“Qalatasaray”dan “Fənərbaxça”ya dəstək
XƏBƏR 5 İyul 2011 / 15:34 2682
-  A +

“Qalatasaray”ın prezidenti Ünal Aysal əzəli rəqibləri “Fənərbaxça”nın düşdüyü vəziyyətlə bağlı açıqlama verib. Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına danışan Aysal əzəli rəqabətə baxmayaraq, “sarı-lacivərdlilər”ə dəstək olduqlarını nümayiş etdirib:

“Futbol baxımından bu məsələyə rəqabət hissi ilə yanaşmaq yanlışdır. Bütün “Qalatasaray”lılardan hadisələri müdriklik və soyuqqanlılıqla qarşılamaqlarını istəyirəm. Türk futbolunun bu problemdən zərər almamış çıxmasını istəyirəm. “Fənərbaxça”nın hazırkı vəziyyətini nəzərə alıb, “Qalatasaray” TV başda olmaqla, bütün yayım sahələrində buna aid veriliş yayımlanmasının qarşısını almışıq. Əgər ortada qanun pozuntusu varsa, bununla məhkəmə məşğul olmalıdır”.

Son xəbərlər