Argentina milli komandasının futbolçusu Karlos Tevez İngiltərənin “Mançester Siti” klubunu tərk etmək istədiyinə dair yekun qərar verib. Qol.Az-ın məlumatına görə, Teves daha ailəsindən uzaqda yaşaya bilmədiyini bildirib.
27 yaşlı forvard deyib: “Mançester Siti”nin kapitanı olmaq, onunla Çempionlar Liqasına yüksəlmək, İngiltərə Kubokunu qazanmaq və Premyer Liqanın ən yaxşı hücumçusu olmaq məni qürurlandırır. Lakin mən klubu tərk etmək niyyətimi “Mançester Siti” rəhbərliyinin diqqətinə təəssüflə çatdırmalıyam.
Azarkeşlərə, xüsusən, klubun mənə daim hörmətlə yanaşan sahibi şeyx Mənsura böyük ehtiramımı bildirmək istərdim. Ümidvaram ki, bu insanlar məni başa düşəcəklər. Çünki ailəmdən çox uzaqdayam. Onlardan xeyli aralıda – Mançesterdə yaşamaq mənim üçün çox çətindir. Nə edirəmsə - hamısı öz övladlarım Florensiya və Katya üçündür. Onlarla yanaşı olmalı və böyük diqqət ayırmalıyam”.
Qeyd edək ki, Karlos Teves hazırda Argentinada keçirilən Amerika Kubokunda iştirak edir. Həyat yoldaşı Vanessa və övladları da onun yanındadır. Karlos Vanessanı Mançesterə aparmağa nə qədər cəhd etsə də, xanımını yola gətirə bilməyib.
Rafinya zədələndi
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal