Mahir dayanmır. Yenə qol vurdu! - Video

Mahir dayanmır. Yenə qol vurdu! - Video
XƏBƏR 3 Sentyabr 2026 / 21:54 1271
-  A +

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın “Rakuv” klubunda növbəti qolunu vurub.

QOL.az xəbər verir ki, 29 yaşlı hücumçu Polşa çempionatının 6-cı turunda “Qurnik”lə (Zabje) matçda fərqlənib.

Start heyətində meydana çıxan Emreli 79-cu dəqiqədə rəqib qapısına yol taparaq hesabı 1:2 edib. Oyun elə bu hesabla “Qurnik”in xeyrinə başa çatıb.

Qeyd edək ki, Mahir bununla cari mövsüm “Rakuv”un heyətində bütün turnirlərdə 11-ci oyununda 6-cı qolunu vurub. Onun aktivində 1 məhsuldar ötürmə də var.

Əlavə edək ki, bu mövsüm Polşa çempionatında keçirdiyi 5 oyunun hamısında uduzan “Rakuv” 0 xalla sonuncu - 18-ci yeri tutur.


Qarabağ FK
Son xəbərlər
topaz banner