Ailəsi Əziz Yıldırımın “Fənərbaxça”dan getməsinə qərar verdi

Ailəsi Əziz Yıldırımın “Fənərbaxça”dan getməsinə qərar verdi
XƏBƏR 5 İyul 2011 / 13:11 2190
-  A +

Danışılmış oyunlarla bağlı istintaqa cəlb olunan “Fənərbaxça” prezidenti Əziz Yıldırımın ailəsi məsələyə münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, Yıldırımın bu işlərdə əli olmadığını söyləyən ailə üzvləri onun istintaq prosesindən sonra klubun prezidentlik vəzifəsindən istefa verməli olduğunu vurğulayıblar. Onlar bunu Yıldırımın tez-tez gündəmdə olması və təzyiqlərə məruz qalması ilə əlaqələndiriblər.

Fənərbaxça” rəsmiləri isə hələlik məsələ ilə bağlı açıqlama verməyə tələsmirlər.

Son xəbərlər