Türkiyə polisinin rüşvət və "danışılmış oyunlar"la bağlı başladığı əməliyyat ölkə mətbuatının gündəmindən düşmür. Qol.Az-ın məlumatına görə, artıq dünənki hadislərdən sonra ortaya bir sıra suallar çıxıb.
Türkiyə mətbuatının yazdığına görə, rüşvət qalmaqalında şübhəli bilinərək istintaqa cəlb olunan şəxslərin məhkəməsi uzun sürəcəyi təqdirdə, Superliqanın başlaması, ölkə Super kubokunun keçirilməsi və Çempionlar Liqasında hansı klubun iştirakı sual altına düşüb.
Lakin Türkiyə Futbol Fedrasiyasnın (TFF) yeni prezidenti Əli Aydınlar isə məsələyə belə münasibət bildirib: "İstintaqa cəlb olunanların sorğu-sualı başa çatmayınca bu haqda heç bir açıqlama verməyəcəyik".
Bununla belə, TFF-dan verilən açıqlamada isə məhkəmə qərarının uzayacağı təqdirdə "Fənərbaxça" və digər klubların avqustun 5-də başlayacaq Superliqada çıxış edəcəyi bildirilir. Məhkəmənin klublar haqda çıxardığı qərardan sonra isə bütün komandalar Superliqanın gedişində öz cəzasına çatacaqlar.
Türkiyə Super kuboku və Çempionlar Liqasında isə "Fənərbaxça"nın əvəzinə "Trabzonspor" klubunun çıxış edəcəyi gözlənilir. Məhkəmənin qərarı açıqlanan kimi bu haqda UEFA-ya məlumat veriləcək və Türkiyə çempionluğu da "Fənərbaxça"nın əlindən alınaraq "Trabzonspor"a veriləcək.
Rafinya zədələndi
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal