FİFA-dan danışılmış oyunlarla bağlı sərt cəza

FİFA-dan danışılmış oyunlarla bağlı sərt cəza
XƏBƏR 5 İyul 2011 / 12:45 1802
-  A +

FİFA danışılmış oyunlarda günahlandırılan Zimbabve yığması ilə bağlı ciddi tədbirlər görəcək.

Qol.Az-ın məlumatına görə, ali futbol qurumunun sədri Yozef Blatter sözügedən ölkədə bu cür oyunlarda əli olan şəxslərin ömürlük futboldan kənarlaşdırılacağını bildirib:

“Zimbabve hökuməti hələ istintaqın erkən mərhələsindədir. Bizim buna müdaxilə etməyimiz düzgün deyil. Bu, ölkənin daxili işidir. Onlar günahkarları tapdıqdan sonra biz həmi şəxsləri futboldan uzaqlaşdıracağıq.

Danışılmış oyunlarda əli olanlar bir daha futbola qayıda bilməyəcəklər. Həmin şəxslərin klub rəsmisi və ya futbolçu olmasından asılı olmayaraq, bu cəza günahı olan hər bir kəsə veriləcək”.

Son xəbərlər