Türkiyə klubunun 24 xalı silindi - FİFA-dan sərt cəza

Türkiyə klubunun 24 xalı silindi - FİFA-dan sərt cəza
DÜNYA FUTBOLU 2 Sentyabr 2026 / 19:28 399
-  A +

FİFA-nın İntizam Komitəsi Türkiyənin 2-ci Liqa təmsilçisi “Adana Demirspor”un 24 xalını silib.

QOL.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının məlumatına görə, klubla bağlı 4 ayrı iş üzrə müvafiq cəza tətbiq olunub.

Beləliklə, “Adana Demirspor” 2026/27 mövsümünə -24 xalla başlayacaq.

Qeyd edək ki, Adana təmsilçisi daha əvvəl Türkiyə Superliqasında çıxış edib və avrokuboklarda ölkəsini təmsil edib.


Qarabağ FK
Son xəbərlər
01.09.26  20:12

"Bayer"ə qayıtdı

topaz banner