Vaqif Cavadov 77 nömrəni seçdi

Vaqif Cavadov 77 nömrəni seçdi
XƏBƏR 5 İyul 2011 / 12:14 2073
-  A +

Bir neçə gün öncə Rusiyanın "Volqa" klubu ilə rəsmi müqavilə imzalayan Azərbaycan millisinin hücumçusu Vaqif Cavadovun yeni komandasında neçə nömrəli forma ilə çıxış edəcəyi də müəyyənləşib.
 
Qol.Az-ın məlumatına görə, Vaqif "Volqa"nın heyətində 77 nömrəli forma ilə çıxış edəcək.

Həmyerlimiz ilk öncə 7 nömrəli formanı istəsə də, bu arzusuna çatmayıb. Buna səbəb isə 7 nömrəli formanı digər futbolçunun geyinməsi olub. Məhz buna görə də, Vaqif 7 əvəzinə 77 nömrəli formanı seçməli olub.


Son xəbərlər