"İnter" komandasının əvəzedici heyəti hazırda Qusar rayonunda təlim-məşq toplanışındadır. Qol.Az-ın məlumatına görə, komandanın yeni baş məşqçisi Tofiq Mustafayev klubun rəsmi saytına müsahibəsində yeni təyinatı və təlim-məşq prosesinin gedişi barədə firkirlərini bölüşüb.
-Oncə sizi «İnter»in əvəzedici komandasının baş məşqçisi təyin olunması münasibətilə təbrik edirik. Maraqlıdır, bu təyinatı necə qarşıladıniz?
- Mənə etimad göstərdiklərinə görə ilk növbədə əsas komandanın baş məşqçisi Kaxaber Tsxadadzeyə və onun köməkçilərinə, o cümlədən klubun prezidenti Georgi Nikolova və komandanın direktoru Müzəffər Novruzəliyevə təşəkkürümü bildirmək istəyirəm. Doğrusu, təyinat mənim üçün bir qədər gözlənilməz oldu. Ona görə ki, “İnter” klubunda 6 aydır çalışırdım. 1996-cı il təvəllüdlü futbolçularla işləyirdim. Bilirsiniz ki, çalışdırdığım komanda bu mövsüm Azərbaycan çempionatında 3-cü yeri tutdu. Əməyimlə bu etimadı doğrultmağa çalışacağam.
- Komandanın hazırlıq prosesi necə gedir?
-Sualınıza yenə də təşəkkür etməklə başlayacağam. Təlim-məşq toplanışı keçirilməsi üçün belə bir şərait yaratdığına görə klub rəhbərliyinə minnətdarlığımı bildirmək istəyirəm. Prosesə iyun ayının 27-də Bakıda start verdik, 4 gün yüngül məşqlər oldu. Ayın 30-da məşq etdikdən sonra Qusara yollandıq. Gün ərzində 3 dəfə məşq keçirik. Səhər məşqini də nəzərə alıram. Birinci mərhələdə fiziki hazırlığa xüsusi diqqət ayırırıq. Onu da deyim ki, uşaqlar həvəslə çalışırlar. “İnter” PİK UGFM-nin 1994-cü il təvəllüdlü futbolçularının bəziləri də hazırda baxışdadırlar və bəyəndiyimiz futbolçuları komandada saxlayacağıq.
- Burada yerli komandalarla oynamağı planlaşdırırsınızmı?
-Bəli, ayın 12-də “Şahdağ” komandasıyla yoldaşlıq matçı keçirməyi planlaşdırırıq. Ancaq bundan öncə, yəni iyulun 6-da “İnter”PİK-in Xaçmaz futbol bölməsinin yetirmələrilə qarşılaşacağıq. Bu matç saat 11.00-da baş tutacaq. Elə həmin gün saat 18.15-də Qusarın 20-21 yaşlı futbolçulardan ibarət rayon komandasıyla da görüşməyi planlaşdırırıq. Bu iki yoldaşlıq oyunundan sonra seçimimizi aparacağıq.
- İkinci təlim-məşq toplanışını harada keçirməyi nəzərdə tutursunuz?
-Digər variantlar da vardı, lakin çox güman ki, ikinci toplanış Bakıda keçəcək. Bakıda təlim-məşq toplanışı zamanı yoxlama oyunlarını təşkil etmək bizə çətin olmayacaq.
- Demək olarmı ki, komandanın heyəti tam formalaşıb, yoxsa yeni futbolçuları baxışdan keçirəcəksiniz?
-Yox, heyətin tam formalaşdığını demək olmaz, çünki təlim-məşq prosesi davam edir və əsas heyətdə hansı futbolçuların oynayacağı hələlik bilinmir. İkinci toplanış prosesində də yeni futbolçuları nəzərdən keçirəcəyik və bundan sonra heyətin tam formalaşması barədə danışmaq olar.
İspaniya Belçikaya qarşı
Kuansaya 2 oyunluq cəza, yarımfinalı buraxacaq
"Qarabağ"ın bizə 10 qol vuracağını gözləyirdilər"
"Barselona"nın yetirməsi "Kristal Pelas"da
"Qarabağ"dan böyükhesablı qələbə
Karim Rossi “Qəbələ”də
"Şamaxı"dan yeni transfer
"İnter"in hədəfinə düşdü
Əlcəzair millisində gərginlik davam edir
"Kəpəz" onu da göndərdi
“Sumqayıt”a yeni baş məşqçi təyin edildi
Almanlar Kloppa nə qədər maaş təklif edib?
Mərakeş qalib olsa, yarımfinala itkilərlə gedə bilər
İsveçrədən Argentina matçına görə xüsusi məşq
"Arsenal"dan yeni transfer
Rafael Markes millinin baş məşqçisi oldu - Rəsmi
Norveç millisi narazı qaldı - Oteli dəyişdirdi
“Turan Tovuz”dan ayrılan futbolçu Rusiya klubunda
Kloppla neçə illik müqavilə imzalanacaq?
"Şəfa" niderlandlı oyunçu transfer etdi
Azərbaycanlı futbolçu "Herta" ilə müqavilə imzaladı
Aydın Bayramov: "Heç nə həll olunmayıb" - Video
Misir millisində baş məşqçi ilə bağlı qərar
Fransa ilə oyunu buraxacaq
Portuqaliya millisinin yeni baş məşqçisi bilindi
"Rəşad Sadıqov uzaqgörən insandır" - Mircavadov
Yeni transfer "Qarabağ"ın düşərgəsinə nə vaxt qoşulacaq?
Xorvatiya millisinin yeni baş məşqçisi müəyyənləşdi
"Qarabağ"ın "Vestri" üçün heyəti - 3 legioner yoxdur
Ehtiram Quliyev özünə yeni müavin təyin etdi
"Müdafiəçi üçün dubl gözlənilən deyil" - Ruan Renato
"Beşiktaş" "Bavariya"dan qapıçı aldı
Bugünkü oyunları yayımlayacaq kanallar
İngiltərə - Norveç oyunu təxirə salına bilər
Mbappenin müqəvvasını yandırdılar
Azərbaycan UEFA reytinqində neçəncidir?
Azərbaycan güləşçilərindən Avropa çempionatında daha 2 medal
"Torpedo" bizdən daha hazırlıqlı idi" - Rəşad Sadıqov