"Neftçi" Emil Mpenzanın ad gününü qeyd etdi (FOTO)

"Neftçi" Emil Mpenzanın ad gününü qeyd etdi (FOTO)
XƏBƏR 5 İyul 2011 / 02:00 2150
-  A +

Avstriyada təlim-məşq toplanışını davam etdirən "Neftçi" komandasının belçikalı futbolçusu Emil Mpenzanın 33 yaşı tamam olub. Qol.Az-ın məlumatına görə, klub rəhbərliyi ənənəyə sadiq qalaraq, bütün komanda üzvləri kimi, təcrübəli hücumçusunun da ad gününü qeyd edib.

Bu münasibətlə "Neftçi" rəsmilərinin, məşqçilər korpusu və fubolçularının iştirakı ilə tədbir keçirilib. Baş məşqçi Arif Əsədov və komandanın digər üzvləri Emil Mpenzanı təbrik edib, ona şəxsi həyatında və futbolçu karyerasında daha böyük uğurlar arzulayıblar.

Qeyd edək ki, Emil Mpenza ad günü öncəsi yoldaşlıq görüşündə Rumıniyanın "Timişoara" klubunun qapısından qələbə topunu keçirib - 1:0.

Son xəbərlər