"Arsenal"ın daha bir futbolçusu "Mançester Siti"də

"Arsenal"ın daha bir futbolçusu "Mançester Siti"də
XƏBƏR 5 İyul 2011 / 01:42 2191
-  A +

İngiltərənin "Arsenal" klubunun müdafiəçisi Qael Klişi "Mançester Siti"yə keçib. Qol.Az-ın məlumatına görə, 25 yaşlı futbolçu ilə 4 illik müqavilə bağlanılıb.

Bu transferin "şəhərlilər"ə 7 milyon funt sterlinqə başa gəldiyi bildirilir. Klişi "Arsenal"dan "Mançester Siti"yə keçən 3-cü futbolçu olub. Əvvəllər Kolo Ture və Patrik Vieyra da Londondan Mançesterə yollanıb.

Qeyd edək ki, sol cinahda çıxış edən Qael Klişi "Arsenal"la gələn yay başa çatacaq müqaviləsini uzatmaqdan imtina edib. Bu səbəbdən, "kanonirlər" fransalı futbolçunu satmağı qərara alıblar.

Son xəbərlər