Mourinyo kapitanı dəyişir

Mourinyo kapitanı dəyişir
XƏBƏR 4 İyul 2011 / 14:14 2306
-  A +

Növbəti mövsümdə “Real”ın kapitanı başqa futbolçu olacaq. Qol.Az-ın məlumatına görə, “kral klubu”nun baş məşqçisi Joze Mourinyo kapitanlıq sarğısını İker Kasilyasdan almağı düşünür. Təcrübəli mütəxəssis sarğını digər futbolçulardan birinə həvalə etmək niyyətindədir.

Portuqaliyalı çalışıdırıcının bu addımının səbəbi siə çox sadədir. Mourinyo meydanın hər yerində mübarizə aparan, hadisələrin mərkəzində olan və istənilən vaxt görüşün baş hakimi ilə mübahisə etməyi bacaran futbolçu axtarır.

Qeyd edək ki, kapitanlıq sarğısı Kasilyasa Raulun “Şalke”yə transferindən sonra keçmişdi.

Son xəbərlər