Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyev ölkə futbolu tarixində ilk dəfə İranın ali liqası sayılan – Superliqada çalışacaq. Diniyev Tehranın “Rah Ahan” klubuna baş məşqçi təyin olunub.
Rəsmi müqavilə iyulun 8-də imzalanacaq. Xəbəri Diniyevin özü də təsdiqləyib. İran – Azərbaycan sərhədini yenicə keçdiyini deyən 45 yaşlı mütəxəssis artıq “Rah Ahan” rəhbərliyi ilə bütün məsələlərdə razılığa gəldiyini bildirib. O, qonşu ölkə komandasının təklifinin gözlənilməz olduğunu da söyləyib:
“Əvvəlcə e-mail ünvanıma məktub, iyunun 30-da isə telefonuma zəng gəldi. Dedilər ki, əgər məktubu ciddi saymırsınızsa, klubun forma-blankı ilə rəsmi dəvət göndərək. Onlar həmin sənədi də göndərdikdən sonra iyulun 1-də öz nümayəndələrini Bakıya göndərdilər. “Rah Ahan” rəsmiləri ilə birgə Tehrana yollandıq. Klubun ofisində olarkən gördüm ki, CV-im prezidentin stolunun üstündədir. İndiyədək özümə də qaranlıq qalıb ki, onlar niyə məhz mənə üstünlük veriblər. Hər halda, danışdıq və bütün məsələlərdə razılığa gəldik”.
Diniyev bildirib ki, Tehrana iyulun 7-də yollanacaq. Həmin vaxtadək o, 2 köməkçisi və 1 qapıçılarla işləyən məşqçini müəyyənləşdirəcək. Baş məşqçinin daha bir köməkçisi isə iranlı olacaq.
Qeyd edək ki, indiyədək azərbaycanlı mütəxəssislərdən bir neçəsi İran çempionatında baş məşqçi kimi çalışsa da, heç biri yüksək liqa komandalarına rəhbərlik etməyib. Şahin Diniyevin baş məşqçi təyin olunduğu “Rah Ahan” isə ötən mövsüm İran Superliqasında 15-ci yeri tutub. Bir neçə həftə öncə bu klub yeni və daha imkanlı rəhbərliyinə qovuşub. Fars dilindən tərcüməsi “Dəmir yolları” olan “Rah Ahan” İran Nəqliyyat Nazirliyinə yaxın klubdur.
Lent.az
İspaniya Belçikaya qarşı
Kuansaya 2 oyunluq cəza, yarımfinalı buraxacaq
"Qarabağ"ın bizə 10 qol vuracağını gözləyirdilər"
"Barselona"nın yetirməsi "Kristal Pelas"da
"Qarabağ"dan böyükhesablı qələbə
Karim Rossi “Qəbələ”də
"Şamaxı"dan yeni transfer
"İnter"in hədəfinə düşdü
Əlcəzair millisində gərginlik davam edir
"Kəpəz" onu da göndərdi
“Sumqayıt”a yeni baş məşqçi təyin edildi
Almanlar Kloppa nə qədər maaş təklif edib?
Mərakeş qalib olsa, yarımfinala itkilərlə gedə bilər
İsveçrədən Argentina matçına görə xüsusi məşq
"Arsenal"dan yeni transfer
Rafael Markes millinin baş məşqçisi oldu - Rəsmi
Norveç millisi narazı qaldı - Oteli dəyişdirdi
“Turan Tovuz”dan ayrılan futbolçu Rusiya klubunda
Kloppla neçə illik müqavilə imzalanacaq?
"Şəfa" niderlandlı oyunçu transfer etdi
Azərbaycanlı futbolçu "Herta" ilə müqavilə imzaladı
Aydın Bayramov: "Heç nə həll olunmayıb" - Video
Misir millisində baş məşqçi ilə bağlı qərar
Fransa ilə oyunu buraxacaq
Portuqaliya millisinin yeni baş məşqçisi bilindi
"Rəşad Sadıqov uzaqgörən insandır" - Mircavadov
Yeni transfer "Qarabağ"ın düşərgəsinə nə vaxt qoşulacaq?
Xorvatiya millisinin yeni baş məşqçisi müəyyənləşdi
"Qarabağ"ın "Vestri" üçün heyəti - 3 legioner yoxdur
Ehtiram Quliyev özünə yeni müavin təyin etdi
"Müdafiəçi üçün dubl gözlənilən deyil" - Ruan Renato
"Beşiktaş" "Bavariya"dan qapıçı aldı
Bugünkü oyunları yayımlayacaq kanallar
İngiltərə - Norveç oyunu təxirə salına bilər
Mbappenin müqəvvasını yandırdılar
Azərbaycan UEFA reytinqində neçəncidir?