Ukrayna klubunun bazasına da raket atıldı - Şəkillər

Ukrayna klubunun bazasına da raket atıldı - Şəkillər
XƏBƏR 22 Avqust 2026 / 12:40 595
-  A +

Rusiyanın gecə saatlarında həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində Odessa "Çernomorets"inin məşq bazası ciddi ziyan görüb.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, zərbə nəticəsində azarkeşlər arasında Sovinyondakı "Çernomorets"in məşq bazası kimi tanınan "Lyustdorf" idman-sağlamlıq kompleksinə ciddi ziyan dəyib.

Xoşbəxtlikdən, binada olanlardan xəsarət alan olmayıb. Klubun futbolçuları, məşqçilər heyəti və əməkdaşlarının böyük hissəsinin həmin vaxt Ukrayna Kuboku oyununa qatarla səfər etməsi mümkün faciənin qarşısını alıb.

Qeyd edək ki, bu, "Çernomorets"in bazasının ilk dəfə hücuma məruz qalması deyil. 2025-ci ilin fevralında da bazaya zərbə endirilmişdi. Bundan başqa, yaxınlarda klubun stadionu da raket hücumuna məruz qalmışdı.

Bu həftəsonu "Lyustdorf" məşq kompleksində Ukrayna Kubokunun 1/32 final mərhələsinin iki oyununun keçirilməsi planlaşdırılırdı. Lakin baş verənlər səbəbindən qarşıdakı günlərdə burada futbol matçlarının keçirilməyəcəyi bildirilib.


Qarabağ FK
Son xəbərlər
topaz banner