Ronaldo: “Müəllimə stul atdığım üçün məktəbdən qovuldum”

Ronaldo: “Müəllimə stul atdığım üçün məktəbdən qovuldum”
XƏBƏR 4 İyul 2011 / 11:33 2447
-  A +

“Ailə mənim üçün hər şeydən vacibdir. Mənim həyatda ən dəyərli varlığım oğlumdur. Mənim üçün ailədən sonra futbol, üçüncü yerdə isə puldur”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Real”ın portuqaliyalı yarımmüdafiəçisi Kriştianu Ronaldo deyib. İngiltərə mətbuatına açıqlama verən ulduz futbolçu gələcəkdə oğlunu futbolçu görmək istədiyini bildirib:

“İstərdim ki, oğlum da mənim kimi gələcəkdə futbolçu olsun. Ancaq o, seçim etməkdə sərbəstdir. Hansı peşəni istəsə onu da seçə bilər. Hələlik bu barədə düşünmək tezdir”. Ronaldo oğluna həddən artıq dəyər versə də, onun bahalı məktəblərdə təhsil almağını istəmir:

“O, ərköyün böyüməməlidir. Qoy digər uşaqlar kimi adi məktəbə getsin. Məm özüm çətinliklər içində böyümüşəm. Oyuncaqlarım olmayıb, hətta doğum günlərimdə belə hədiyyə almamışam. İki bacım və qardaşımla birlikdə eyni otağı bölüşmüşəm. Buna baxmayaraq, biz çox xoşbəxt olmuşuq. İndi mən çoxlu pul qazanıram və ailəmə kömək edirəm. Mən deməzdim ki, pul məni çox dəyişib”.

Məktəbdə yaxşı oxumadığını dilə gətirən futbolçu ordan niyə qovulmasına isə belə aydınlıq gətirib: “Məktəbdə də olduqca məşhur idim və yaxşı oxuyurdum. Müəllimə stul atdığım üçün məni məktəbdən qovdular. O, mənə hörmət etmirdi”.

Son xəbərlər