Azərbaycanlı futbolçu "Milan"da oynamaq istəyir

Azərbaycanlı futbolçu "Milan"da oynamaq istəyir
XƏBƏR 4 İyul 2011 / 07:59 2826
-  A +

Rusiyanın "Dinamo" klubunun azərbaycanlı futbolçusu Aleksandr Səmədov gələcəkdə oynamaq istədiyi komandanın adını açıqlayıb. Qol.Az-ın məlumatına görə, Səmədov "Sovetskiy Sport" qəzetinə müsahibəsində nə vaxtsa Avropada, hər şeydən əvvəl sevimli klubu "Milan"da oynamaq arzusunu dilə gətirib. 

"Neçə dəfə Milanda olmuşam. Lakin Hər dəfə "İnter"in oyununa düşmüşəm. "Milan" isə tərslikdən həmin gün səfərdə oynayıb" deyə 27 yaşlı yarımmüdafiəçi bildirib. O qeyd edib ki, "Milan"ın çempionluğu əsl bayram olub: "Nəhayət, "Milan" Skudettonu qazandı".   


Son xəbərlər