"Eskişehirspor" Bülənt Uyğun və Ümit Karanın müqavilələrini dondurdu

"Eskişehirspor" Bülənt Uyğun və Ümit Karanın müqavilələrini dondurdu
XƏBƏR 3 İyul 2011 / 23:42 2096
-  A +

Türkiyənin "Eskişehirspor" klubu baş məşqçi Bülənt Uyqun və idman direktoru Ümit Karanın vəzifələrini, Mehmet Yıldızın isə transferini dondurub. Qol.Az-ın məlumatına görə, bu barədə klubun yaydığı bəyanatda bildirilir.

Sənəddə qeyd olunur ki, futbolda rüşvət iddiaları ilə əlaqədar saxlanılan 40-dan çox şəxs arasında "Eskişehirspor"lular da var. Klub rəhbərliyi məhkəmənin qərarını gözləyəcəyini və istənilən qərara hörmətlə yanaşacaqlarını bəyan edib: "Məhkəmədən gələcək qərar çərçivəsində "Eskişehirspor"un idarə heyəti toplantı keçirərək, saxlanılan əməkdaşları ilə "davam" və ya "tamam" qərarı verəcək".


Son xəbərlər