Çempionlar Liqasının II təsnifat mərhələsində Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası ilə oyunlara hazırlaşan "Neftçi" klubu Avstriyadakı təlim-məşq toplanışında ikinci yoxlama oyununu keçirib. Qol.Az-ın məlumatına görə, Rumıniya vitse-çempionu "Timişoara" klubu ilə görüş 1:0 hesabı ilə komandamızın xeyrinə başa çatıb.
Yeganə topu 66-cı dəqiqədə Emil Mpenza vurub. O, Rodriqinyonun gözəl ötürməsindən sonra fərqlənib.
"Neftçi" oyunu bu heyətlə keçirib: Rauf Mehdiyev (Saşa Stamenkoviç, 46), Ruslan Əmircanov (Rail Məlikov, 46), İqor Mitreski, Ruslan Abışov (Ruslan Qurbanov, 87), Tərlan Quliyev (Alessandro Viana da Silva, 46), Mirhüseyn Seyidov (Flavinyo, 46), Slavço Georgievski (Elmar Baxşiyev, 78), Cavid İmamverdiyev (Rodriqinyo, 46), Araz Abdullayev, Cavid Hüseynov (Rəşad Abdullayev, 46), Bahodir Nasimov (Emil Mpenza, 46).
Qeyd edək ki, ilk yoxlama matçında "Neftçi" Albaniya çempionu "Skenderbu" ilə heç-heçə edib - 1:1.
Rafinya zədələndi
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu