"İnter"in yeni futbolçusu Samir Zərgərov klubun rəsmi saytına müsahibə verib. Müsahibəni təqdim edirik.
- Samir,”İnter”ə keçidin necə alındı?
- “İnter” klubu məni öz sıralarında görmək istədi, mən də öz növbəsində bu təklifə müsbət cavab verdim. Demək istərdim ki, bu komanda məni hələ qışda öz heyətinə qatmaq isəyirdi, lakin o zaman oynadığım “Gəncə” klubu məni buraxmadı. Mövsüm başa çatandan sonar bu klubla olan müqaviləm bitmişdi və mən “İnter”lə anlaşdım.
- Bizdə olan məlumata görə, səninlə bir neçə klub yaxından maraqlanırdı, amma məhz “İnter”i seçdin..
- Hə, doğrudur. Mənimlə bir neçə klub maraqlansa da, mən üstünlüyü “İnter”ə verdim. Fikirimcə, bu klubda mənə oynamaq rahat olacaq.
- Fikirincə, ”İnter” klubunun sənə qarşı olan maraqı nədən irəli gəlib?
- Ötən mövsüm mənim üçün yaxşı keçib. Yaxşı oyun sərgiləyə bildim,bir neçə görüşdə, o cümlədən “İnter”lə matçda fərqləndim. Məncə, bütün bunlar məni klubun maraq dairəsinə saldı.
- Sən hətta sentyabr ayında Premyer Liqanın ən yaxşı oyunçusu adına layıq görülmüsən..
Bəli, birdə qeyd edim ki, ötən mövsümü karyeramın ən parlaq mövsümü kimi dəyərləndirmək olar. Mən çox istərdim ki, növbəti mövsümdə bundan da böyük uğurlara imza atım.
- Komanda artıq bir araya Türkiyədə toplaşıb. Yeni kollektivdə adaptasiya prosesi necə keçdi?
- Burda adaptasiyaya heç ehtiyac da olmadı. Özümü tez zamanda komandanın bir hissəsi kimi hiss elədim,bir sözlə,hər şeyə tez öyrəşdim.
- “İnter”ə gəlməmışdən əvvəl bu komandanın hansı futbolçularını yaxından tanıyırdın?
- “Gəncə” klubunda bir yerdə oynadığım Xəyal Mustafayevi tanıyırdım. Bundan başqa Şəhriyar Rəhimovla Asif Məmmədovu də tanıyırdım. İndi isə klubun digər futbolçuları ilə də tanış olmuşam və onlara, məni yaxşı qarşıladığına görə təşəkkür edirəm. Futbolçular mənə burada tez bir zamanda uyğunlaşmaq üçün hər cür imkan yaradıblar.
- Komandada hansı abu-hava hökm sürür?
- Çox mübət abu-hava var. Başqa cür ola da bilməz, ona görə ki,”İnter” Azərbaycanın ən iddialı klublarından biridir.
- Kaxaber Sxadadzenin rəhbərliyi altında artıq bir neçə məşq keçirmisən. Bu məşqçi haqqında nə deyə bilərsən?
- Kaxaber Sxadadze çox yaxşı məşqçidir. Bunu onun keçirdiyi maraqlı məşqləridən başa düşmək olar. Ümumiyyətlə, bu klubda çalışan hər kəs öz işinə peşəkarcasına yanaşır.
- “İnter”i sənin əvvəl oynadığın klublardan ayıran ən böyük fərq nədir?
Ən böyük fərq ondadır ki, ”İnter” həmişə ancaq zirvə haqqında düşünür, bundan əvvəl oynadığım klublar isə yüksək yerlər uğrunda mübarizə aparmırdı.
- Səncə, ”İnter”ə keçidin sənin karyeranda müsbət rol oynaya bilər?
- İnşallah. Mən buna inanıram. Əvvəl də dediyim kimi,keçən mövsüm yaxşı oynadım,amma bu ilin mənim üçün daha yaxşı olacağına inanıram. Öz komandama lazımlı futbolçu olmaq və kluba yeni-yeni uğurlar qazanmağa kömək etmək istərdim.
- Səni yarımmüdafiənin cinahlarında görməyə öyrəşmişik. Bəs "İnter"də necə? Hansı mövgedə oynamaq istərdin?
- Qeyd etdiyiniz kimi, mən həm sol, həm də sağ cinahlarda oynamağa öyrəşmişəm. Amma "İnter"də hər şey Kaxaber Sxadadzedən aslıdır, o harda məsləhət görsə, orda da oynayacam.
İspaniya Belçikaya qarşı
Kuansaya 2 oyunluq cəza, yarımfinalı buraxacaq
"Qarabağ"ın bizə 10 qol vuracağını gözləyirdilər"
"Barselona"nın yetirməsi "Kristal Pelas"da
"Qarabağ"dan böyükhesablı qələbə
Karim Rossi “Qəbələ”də
"Şamaxı"dan yeni transfer
"İnter"in hədəfinə düşdü
Əlcəzair millisində gərginlik davam edir
"Kəpəz" onu da göndərdi
“Sumqayıt”a yeni baş məşqçi təyin edildi
Almanlar Kloppa nə qədər maaş təklif edib?
Mərakeş qalib olsa, yarımfinala itkilərlə gedə bilər
İsveçrədən Argentina matçına görə xüsusi məşq
"Arsenal"dan yeni transfer
Rafael Markes millinin baş məşqçisi oldu - Rəsmi
Norveç millisi narazı qaldı - Oteli dəyişdirdi
“Turan Tovuz”dan ayrılan futbolçu Rusiya klubunda
Kloppla neçə illik müqavilə imzalanacaq?
"Şəfa" niderlandlı oyunçu transfer etdi
Azərbaycanlı futbolçu "Herta" ilə müqavilə imzaladı
Aydın Bayramov: "Heç nə həll olunmayıb" - Video
Misir millisində baş məşqçi ilə bağlı qərar
Fransa ilə oyunu buraxacaq
Portuqaliya millisinin yeni baş məşqçisi bilindi
"Rəşad Sadıqov uzaqgörən insandır" - Mircavadov
Yeni transfer "Qarabağ"ın düşərgəsinə nə vaxt qoşulacaq?
Xorvatiya millisinin yeni baş məşqçisi müəyyənləşdi
"Qarabağ"ın "Vestri" üçün heyəti - 3 legioner yoxdur
Ehtiram Quliyev özünə yeni müavin təyin etdi
"Müdafiəçi üçün dubl gözlənilən deyil" - Ruan Renato
"Beşiktaş" "Bavariya"dan qapıçı aldı
Bugünkü oyunları yayımlayacaq kanallar
İngiltərə - Norveç oyunu təxirə salına bilər
Mbappenin müqəvvasını yandırdılar
Azərbaycan UEFA reytinqində neçəncidir?