“Yığmaya çağırılmayacağımı gözləyirdim. Çünki çıxış etdiyim “İnter” klubunda son vaxtlar oynamıram və bu səbəbdən milliyə dəvət edilməməyimdə təəccüblü bir şey yoxdur”. Bu sözləri “APA-Sport”a açıqlamasında Bakının “İnter” klubunun yarımmüdafiəçisi Mahmud Qurbanov deyib.
Azərbaycan milli komandasının almaniyalı baş məşqçisi Berti Foqtsun Albaniya ilə noyabrın 19-da keçiriləcək yoldaşlıq oyununa çağırmadığı 35 yaşlı futbolçu heyətdən kənar qalmasını normal qarşılayıb: “Milliyə düşmək üçün daim oynamaq lazımdır. İndi yığmaya oynayan, gənc, perspektivli futbolçular çağırılır. Mənim üçün də millidə forma geyinmək həmişə şərəf olub. Yenidən əsas komandaya qayıtmaq üçün çalışacağam. Bunun üçün oynamaq lazımdır. “İnter”də isə bu, alınmır”.
Qurbanov, həmçinin bildirib ki, yığma karyerasını bitirmək fikrində deyil. Əksinə Mahmud milliyə qayıtmaq üçün klubunu dəyişməyə də hazırdır: “İnter”lə müqaviləm dekabrda bitir. Yalnız ondan sonra nə edəcəyimlə bağlı qərar verəcəyəm. Amma klubdakı durumuma görə yığmadan kənarlaşdırılmağımdan belə çıxır ki, milliyə qayıtmaq üçün klubumu dəyişməliyəm”.
“Əbədi qəlbimizdə”
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri
İspaniya kralı Messini şam yeməyinə dəvət etdi
Skaloni razılıq verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
Fernandeş taktikanı tənqid etdi, Kerrik futbolçuları
"Real"ın böyükhesablı qələbəsi - Video
Çempionlar Liqasında həftənin oyunçusu kim olacaq?
“Şahdağ Qusar” “Səbail”i belə məğlub etdi - Video
“Sabah” 3 turdan sonra ÇL-də neçəncidir?
"Real" və "İnter"dən qələbə, Münhendə qalib aşkarlanmadı
“Qalatasaray”dan 4 qollu qələbə - Video
Premyer Liqa klubuna canlı maskotla bağlı xəbərdarlıq
"Qalatasaray" 6 qollu matçdan qalib ayrıldı
“Qalatasaray”ın Çempionlar Liqası rekordunu yenilədi
Bir ildən sonra yaşıl meydanlarda
Klub azarkeşlərin boykotunu dəstəklədi
“Şahdağ Qusar”ın baş məşqçisindən açıqlamalar
Derbidə üz tanıma sistemindən istifadə ediləcək