Türkiyə futbolunda oyun alqı-satqısı şübhəsi ilə bu gün başlanılan kütləvi həbslər «Fənərbaxça» klubuna baha başa gələ bilər.
Qol.Az-ın məlumatına görə, «Hürriyyət» qəzetinə açıqlamasında türk futbolunun önəmli isimlərindən olan Atilla Türkər bildirib ki, əgər faktlar təsdiqini taparsa, «Fənərbaxça» superliqadan birinci liqaya göndəriləcək, son çempionluq isə İstanbul klubundan alınaraq «Trabzonspor»a veriləcək.
«Hazırda prokurorlar baş verənləri araşdırırlar. Saxlanılan şəxslərin əksəriyyəti çox güman ki, barələrində həbs cəzası çıxarılmaq üçün məhkəməyə göndəriləcək. Əgər məhkəmə onların təqsirini sübuta yetirsə, o zaman bu şəxsləri və onların təmsil etdiyi klubları ağır cəza gözləyir» - deyə Atilla Türkər bildirib.
Qeyd edək ki, hazırda «Fənərbaxça» və «Eskişehirspor»un adı oyun alqı-satqısında hallanır. Bu komandalar arasında ikinci dövrədə keçirilən və İstanbul klubunun 3:1 hesablı qələbəsilə başa çatan oyunun nəticəsi şübhə altına alınıb.
«Faktlar təsdiqlənsə, bu klublar birinci liqaya göndəriləcək və növbəti mövsümə onlar -10 xalla başlayacaqlar. Şikayətdə adı keçən şəxslərə isə 5-12 il arası həbs cəzası kəsilə bilər» - deyə o bildirib.
Qeyd edək ki, Türkiyə polisinin oyun altı-satqısıyla bağlı bu gün keçirdiyi əməliyyatda aralarında «Fənərbaxça»nın prezidenti Əziz Yıldırım, «Eskişehirspor»un baş məşqçisi Bülənt Uyğun da daxil olmaqla 40 nəfər saxlanılıb.
Rafinya zədələndi
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu