Sloveniyada təlim-məşq toplantısında olan "Bakı" klubu ilk yoxlama matçını keçirib. Qol.Az-ın məlumatına görə, rəqib Sloveniya vitse-çempionu və kubokun qalibi "Domjale" olub.
"Sportni Park Domjale" stadionunda keçirilmiş görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə nəticələnib. Qolları 18-ci dəqiqədə Juninyo, 78-ci dəqiqədə isə Lukas Mario Horvat vurub. Sloveniyalı referi Davor Dreçnikin idarə etdiyi matça "Bakı" bu heyətlə çıxıb:
1. Marko Şarliya, 4. Vadim Borets, 15. Cəmşid Məhərrəmov, 32. Aleksey Savinov, 5. Stevan Bates, 20. Fabio Luis Ramim, 77. Aleksandar Soliç, 6. İbrahim Karqbo, 7. Rəhman Hacıyev, 10. Vyaçeslav Sofroni, 19. Nurlan Novruzov
"Bakı"nın baş məşqçisi Aleksandr Starkov ilk hissədə yeni futbolçuların xidmətindən yararlanmayıb. Əsas heyətdə meydana gənc futbolçular Rəhman Hacıyev və Nurlan Novruzovun çıxmasını xüsusi qeyd etmək olar. Yeni transferlər Maris Verpakovski, Uinston Parks, Novruz Məmmədov, Elvin Məmmədov və Elvin Əliyev ehtiyat oyunçular skamyasında yer alıblar. İkinci hissədə - 46-cı dəqiqədə Cəmşid Məhərrəmovu Novruz Məmmədov əvəzləyib. 57-ci dəqiqədə Rəhman Hacıyev yerini Nicat Abdullayevə, 60-cı dəqiqədə Nurlan Novruzov Uinston Parksa verib. Emin Cəfərquliyev Fabio Luis Ramimin əvəzinə meydana çıxıb. 80-ci dəqiqədə Şəhriyar Əliyev Aleksandar Soliçin əvəzinə oyuna daxil olub.
Rəqibə gəldikdə, tam adı "Naqometnı Klub Domjale" olan "Domjale" Sloveniyanın ən qədim (1921-ci ildə yaradılıb) klublarından biridir. "Domjale" ikiqat Sloveniya çempionu (2006-2007, 2007-2008), cari mövsümün Sloveniya kubokunun qalibidir.
Komandanın məşqçilər heyəti serbiyalı mütəxəssislərdən təşkil olunub. "Domjale"nin baş məşqçisi Matey Orajemdir. Klubun heyətində Bosniya, Almaniya, Xorvatiya, Argentina, Braziliyadan olan legioner futbolçular çıxış edir.
İspaniya Belçikaya qarşı
Kuansaya 2 oyunluq cəza, yarımfinalı buraxacaq
"Qarabağ"ın bizə 10 qol vuracağını gözləyirdilər"
"Barselona"nın yetirməsi "Kristal Pelas"da
"Qarabağ"dan böyükhesablı qələbə
Karim Rossi “Qəbələ”də
"Şamaxı"dan yeni transfer
"İnter"in hədəfinə düşdü
Əlcəzair millisində gərginlik davam edir
"Kəpəz" onu da göndərdi
“Sumqayıt”a yeni baş məşqçi təyin edildi
Almanlar Kloppa nə qədər maaş təklif edib?
Mərakeş qalib olsa, yarımfinala itkilərlə gedə bilər
İsveçrədən Argentina matçına görə xüsusi məşq
"Arsenal"dan yeni transfer
Rafael Markes millinin baş məşqçisi oldu - Rəsmi
Norveç millisi narazı qaldı - Oteli dəyişdirdi
“Turan Tovuz”dan ayrılan futbolçu Rusiya klubunda
Kloppla neçə illik müqavilə imzalanacaq?
"Şəfa" niderlandlı oyunçu transfer etdi
Azərbaycanlı futbolçu "Herta" ilə müqavilə imzaladı
Aydın Bayramov: "Heç nə həll olunmayıb" - Video
Misir millisində baş məşqçi ilə bağlı qərar
Fransa ilə oyunu buraxacaq
Portuqaliya millisinin yeni baş məşqçisi bilindi
"Rəşad Sadıqov uzaqgörən insandır" - Mircavadov
Yeni transfer "Qarabağ"ın düşərgəsinə nə vaxt qoşulacaq?
Xorvatiya millisinin yeni baş məşqçisi müəyyənləşdi
"Qarabağ"ın "Vestri" üçün heyəti - 3 legioner yoxdur
Ehtiram Quliyev özünə yeni müavin təyin etdi
"Müdafiəçi üçün dubl gözlənilən deyil" - Ruan Renato
"Beşiktaş" "Bavariya"dan qapıçı aldı
Bugünkü oyunları yayımlayacaq kanallar
İngiltərə - Norveç oyunu təxirə salına bilər
Mbappenin müqəvvasını yandırdılar
Azərbaycan UEFA reytinqində neçəncidir?