"Neftçi"də Rodriqinyo şoku

"Neftçi"də Rodriqinyo şoku
XƏBƏR 3 İyul 2011 / 00:15 4545
-  A +

"Neftçi"nin futbolçusu Rodriqinyo zədələnib. Qol.Az-ın məlumatına görə, braziliyalı yarımmüdafiəçi Albaniyanın "Skenderbu" komandası ilə yoldaşlıq görüşündə xəsarət alıb.

Matçın 49-cu dəqiqəsində Rodriqinyo rəqib komandanın kobud oyunu nəticəsində zədələnərək, meydanı tərk etməli olub. Onu Cavid İmamverdiyev əvəzləyib. Hələlik zədənin ciddilik dərəcəsi müəyyənləşməyib.

Qeyd edək ki, görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib.

 


Son xəbərlər