Samir Nəsri müqaviləsini uzatmaqdan imtina etdi

Samir Nəsri müqaviləsini uzatmaqdan imtina etdi
XƏBƏR 2 İyul 2011 / 23:07 2639
-  A +

İngiltərə "Arsenal"ının fransalı hücumçusu Samir Nəsri bir ildən sonra klubu ilə başa çatacaq müqaviləni uzatmaqdan imtina edib. Qol.Az-ın LEquipe nəşrinə istinadən yaydığı xəbərə görə, "kanonirlər"in ayda 400 min avro əmək haqqı təklifi Fransa yığmasının futbolçusunu qane etməyib. 

Nəsrini daha çox İngiltərənin "Mançester Yunayted" və "Çelsi" istəyir. Lakin bundan ötrü həmin klublar 22 milyon avrolarından keçməlidirlər.  

Son xəbərlər