Mişel Platini: “Blatter nə şeytan, nə də mələkdir”

Mişel Platini: “Blatter nə şeytan, nə də mələkdir”
XƏBƏR 2 İyul 2011 / 17:35 1654
-  A +

“Blatterə ünvanlanan tənqidlər ədalətli və düzgün deyil. Çoxları hesab edirlər ki, FİFA prezidenti təşkilatda baş verən hər şeyə cavabdehdir. Əgər hansısa ölkədə rüşvət qalmaqalı yaşanıbsa, bu, birbaşa Blatterlə bağlı deyil”.Qol.Az-ın məlumatına görə, bu fikirləri UEFA prezidenti Mişel Platini səsləndirib.

Platini son vaxtlar adı rüşvət qalmaqalında hallanan Blatterin müdafiəsinə qalxaraq, onu günahsız adlandırıb: “Blatterin FİFA-nı necə idarə etməsini tənqid etmək olar. Ancaq yüz faiz deyirəm ki, o, rüşvətxor deyil. Blatter nə şeytan, nə də mələkdir. Mənə söz verdi ki, FİFA-da təmizlik işləri aparacaq”.

Hazırkı işindən məmnun olan Platini hələlik FİFA prezidentliyi barədə düşünmür. Ancaq UEFA başçısı təklif gələrsə, dəyərləndirə biləcəyini deyib: “UEFA-da işlədiyim elə də uzun müddət deyil. FİFA prezidentliyinə hələ çox var. Həm hazırkı işimdən xoşum gəlir. Əgər burda hər şey məni qane edirsə, nəyə görə başqa vəzifə uğrunda mübarizə aparmalıyam?

Əlbəttə, əgər nə vaxtsa Blatter getmək istədiyini desə, onda vəziyyət bir qədər fərqli olacaq. O bildirib ki, bu, onun sonuncu prezidentlik dönəmidir. Bundan sonra nəsə fikirləşmək olar. Bu isə 4 ildən sonra baş verəcək”.

Son xəbərlər