Futzal Federasiyasının prezidenti Zaur Axundov AFFA-nın rəsmi internet saytına müsahibə verib. Federasiya başçısı bildirib ki, hazırda Azərbaycanda futzal inkişaf dövrünü yaşayır: “Artıq birincilikdə konkret hansısa favorit yoxdur. Bir neçə komanda medallar uğrunda mübarizə aparır. Hazırda dörd iddialı klub var: “Araz”, “Neftçi”, “Azmetko” və “Ekol” . Çempionat oyunlarını izləyən azarkeşlərin sayı artır. Biz Avropa çempionatının final mərhələsinə vəsiqə qazansaq, ölkə çempionatına azarkeşlər daha çox gələcəklər. Futzalın təbliğində “İdman Azərbaycan” kanalı da böyük rol oynayır. Onlar futzala böyük maraq göstərirlər. Çempionatla yanaşı, əvvəllər keçirdiyimiz seçmə oyunları da vaxtaşırı göstərirlər”.
Ardınca Z.Axundov martın 19-dan 22-dək Portuqaliyanın Vyana do Kaştello şəhərində keçiriləcək Avropa çempionatının əsas seçmə mərhələsində iştirak edəcək Azərbaycan milli komandasının turnirə hazırlığı barədə də məlumat verib: “Martın 1-də ölkə çempionatının növbəti turunun oyunlarından sonra futzalçılarla görüşlər keçirdik. Gördük ki, onların əhval-ruhiyyəsi kifayət qədər yüksəkdir. Çempionat matçlarından sonra futzalçıların yorğun olduğunu nəzərə alıb, onlara istirahət verdik. Milli komanda martın 6-da yenidən yığışacaq və gündə iki dəfə məşq edəcək. Martın 17-nə qədər iki yoxlama oyununun keçirilməsi planlaşdırılır. Bu gün Murad Xaybullayev Bakıya gələcək. Martın 7-də Vitali Borisov və Andrey Tveryankin, 9-da Rəcəb Fərəczadə, 11-də isə Qətərdə oynayan Andre de Kampos milliyə qoşulacaq. Bundan sonra milli tam heyətlə məşq edəcək. Güclü klublarımızla yoxlama oyunları keçirmək istəyirik. Hələlik bu istiqamətdə danışıqlar gedir”.
Rəqiblərlə sona qədər mübarizə aparacaqlarının deyən federasiya başçısı, eyni zamanda onlara yaradılan şəraitə görə AFFA-ya da təşəkkür edib: “Finlandiyayla son 2 ildə iki dəfə qarşılaşmış və qələbə qazanmışıq. Polşada futzal güclənib. Onların oyunları olan kasetləri artıq əldə etmişik. Portuqaliya yığması isə qrupun favoriti sayılır. Bu komandanın heyətinə iki güclü futzalçı dəvət olunub. Lakin biz də sona qədər mübarizə aparacağıq. Millimiz Portuqaliyaya qələbə üçün gedəcək. Komandamız yalnız qrup lideri olmaq üçün oynayacaq. İstəyirik təsdiqləyək ki, Azərbaycan Avropanın ən güclü futzal ölkələrindən biridir. Təlim-məqş toplanışına gəldikdə isə, hazırlıq prosesi çərçivəsində milli AFFA-nın Futbol Akademiyasında qalacaq. Bundan başqa, bütün sahələrdə də assosiasiya bizə yüksək şərait yaradıb. Fürsətdən istifadə edib buna görə AFFA rəhbərliyinə təşəkkür edirik”.
Komandamızın martın 18-də səfərə çıxacağını deyən Z.Məmmədov sonda ötən ildən fərqli olaraq, bu dəfə final mərhələsinə vəsiqə qazanacağımıza inandığını deyib: “Millimiz ötən seçmə mərhələdə də yaxşı oynadı. Ermənistan yığmasına 9:1 hesabı ilə qalib gəlsək də, növbəti mərhələyə vəsiqəni son anda əldən verdik. Son illər ərzində rəqiblər hər dəfə bəxt sayəsində bizə qalib gəlirlər. Lakin bu dəfə hadisələrin başqa cür cərəyan edəcəyinə inanıram. Bilirsiniz, bizim indiki kimi güclü heyətimiz olmayıb. Düzdür, Vitali Borisov cəzalı olduğu üçün ilk iki oyunda iştirak etməyəcək. Ona çox güvənirdik. Buna baxmayaraq, onu əvəzləyəcək futzalçımız var. Belə ki, Tyaqo onun mövqeyində oynayacaq və inanıram ki, Borisovun yoxluğunu hiss etdirməyəcək. Əminəm ki, bu dəfə final mərhələsinə vəsiqə qazanacağıq”.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı