Adebayor: “Mourinyo mənə söz verib”

Adebayor: “Mourinyo mənə söz verib”
XƏBƏR 2 İyul 2011 / 17:08 2149
-  A +

Ötən mövsümün yarısını icarə əsasında “Real”da keçirən “Mançester Siti”nin toqolu hücumçusu Emanuel Adebayor ingilis klubunda qalmaq niyyətində deyil. Qol.Az-ın məlumatına görə, təcrübəli forvard karyerasını “Real”da davam etdirmək istəyir. Mourinyoya inandığını söyləyən qaradərili futbolçu transfer “pəncərəsi”nin sonuncu gününə kimi gözləyəcəyini bildirib:

“Avqustun 31-i saat 12-yə qədər gözləyəcəm. Transferimlə bağlı bəzi xırda nüanslar qalıb. Yenidən “kral klubu”na dönəcəyimə inanıram. Çünki Mourinyo söz verib ki, nəyin bahasına olursa olsun, məni “Real”a qaytaracaq”.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner