"Qarabağ" Bakıda alqışlarla qarşılandı

"Qarabağ" Bakıda alqışlarla qarşılandı
XƏBƏR 2 İyul 2011 / 13:01 2487
-  A +

Avroliqanın birinci təsnifat mərhələsində Litvanın "Banqa" klubunu səfərdə 4:0 hesabı ilə darmadağın edən "Qarabağ" artıq vətənə qayıdıb.

Qol.Az-ın məlumatına görə, dünən axşam Riqa – İstanbul – Bakı reysiylə paytaxta dönən komanda səhər 5 radələrində Azərbaycana qədəm basıb. 

Səhərin erkən saatları olmasına baxmayaraq Azərbaycanın Avrokuboklarda ən uğurlu təmsilçisini azarkeşlər də sevgi və alqışlarla qarşılayıb. 

"Qarabağ" klubu bu gün istirahət edəcək. Sabahdan etibarən isə komanda "Banqa" ilə cavab oyununun hazırlıqlarına başlayacaq.

Qeyd edək ki, "Qarabağ" - "Banqa" oyunu iyulun 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Son xəbərlər