Zaqreb "Dinamo"su "Neftçi"yə qarşı oyun üslubunu müəyyənləşdirib

Zaqreb "Dinamo"su "Neftçi"yə qarşı oyun üslubunu müəyyənləşdirib
XƏBƏR 2 İyul 2011 / 07:40 2513
-  A +

Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu "Neftçi"yə qarşı iyulun 13-də keçirəcəyi Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunu üçün taktikasını müəyyənləşdirib. Qol.Az-ın məlumatına görə, "Dinamo" son məşqində aqressiv oyun və pressinq yolu ilə rəqibi topu itirməyə məcbur etmə üzərində işləyib.

Komandanın məşqçilər heyəti belə qənaətə gəlib ki, "Neftçi"nin oyunçularına təzyiq göstərməklə topu tez ələ keçirmək və sürətli hücum qurmaq olar. Məşq zamanı futbolçulardan rəqibə qarşı yaxın oynamaq tələb olunub. Bu zaman "Dinamo"nun hücumçuları şərti "Neftçi"nin müdafiəçilərinin tempi və vaxtı öldürmək üçün öz qapıçılarına ötürmə vermələrinə maneçilik törətməlidir. Baş məşqçi Krunoslav Yurçiç tez-tez futbolçularına "Yaxın oyna", "Rəqibin çiyni arxasında dayan" deyə qışqırıb.

Qeyd edək ki, Zaqrebdəki "Dinamo" stadionunda keçiriləcək "Dinamo" - "Neftçi" matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Cavab görüşü iyulun 19-da olacaq.
  

Daha çox


Son xəbərlər