Yunuszadə debüt etdi, komandası uduzdu

Yunuszadə debüt etdi, komandası uduzdu
ÖLKƏ FUTBOLU 8 Avqust 2026 / 01:23 261
-  A +

Türkiyə birinci liqasında 2026/27 mövsümünə start verilib.

QOL.az xəbər verir ki, çempionatın açılış matçında Elvin Yunuszadənin bir neçə gün əvvəl transfer olunduğu “Boluspor” öz meydanında “Manisa”nı qəbul edib. 

Görüş qonaqların qələbəsi ilə yekunlaşıb.  

“Boluspor” - “Manisa” - 1:2
Qollar:
Kaçmaz, 7 (1:0), Anziani, 35-pen. (1:1), Lindseth, 45+4 (1:2)

Elvin Yunuszadə də bu matçın iştirakçısı olub. O, meydan start heyətində çıxmaqla “Boluspor”da rəsmi debüt edib. Təcrübəli müdafiəçi 58-ci dəqiqədə Ali Çırakla əvəzlənib. 


Qarabağ FK
Son xəbərlər
topaz banner