Nəriman Axundzadə rəsmən “Erzurumspor”da

Nəriman Axundzadə rəsmən “Erzurumspor”da
ÖLKƏ FUTBOLU 8 Avqust 2026 / 00:17 474
-  A +

Azərbaycan yığmasının hücumçusu Nəriman Axundzadənin “Erzurumspor”a keçidi rəsmiləşib. 

QOL.az xəbər verir ki, bu haqda Türkiyə klubunun instaqram hesabında məlumat paylaşılıb. Lakin sözləşmənin detalları barədə məlumat verilməyib. 

23 yaşlı forvard yeni klubunda 90 nömrəli formanı geyəcək.  

Qeyd edək ki, müqavilə ilə ABŞ-nin “Kolambus Kryu” klubuna məxsus olan Axundzadənin “Erzurumspor”a icarə əsasında qoşulacağı bildirilirdi.

Xatırladaq ki, N.Axundzadə bu ilin yazında “Qarabağ”dan “Kolambus Kryu”ya transfer olunub. O, ABŞ təmsilçisi ilə 3,5 illik müqavilə imzalayıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner