"Yuventus" əlindən alınan çempionluğunu qaytara bilmədi

"Yuventus" əlindən alınan çempionluğunu qaytara bilmədi
XƏBƏR 1 İyul 2011 / 23:55 1751
-  A +

2005-2006-cı il mövsümündə çempionluq titulunun qaytarılması barədə İtaliyanın "Yuventus" klubu tərəfindən qaldırdığı iddianı məhkəmə təmin etməyib. Bununla da "İnter" həmin mövsümün çempionu kimi qalıb.
 
Turinlilər danışılmış oyun qalmaqalından sonra 2 çempionluq titulundan məhrum edilərək, B seriyasına göndərilmişdilər. "Yuve" "inter"in digər klublarla birgə nəticələrin saxtalaşdırılmasında iştirakına dair halların üzə çıxmasından sonra öz titulunu qaytarmağı qərara alıb. Lakin idman tribunalı "qoca sinyora"nın təqdim etdiyi dəlilləri inandırıcı saymayıb.  

Daha çox


Son xəbərlər