Fatih Terimin illik əmək haqqı açıqlandı

Fatih Terimin illik əmək haqqı açıqlandı
XƏBƏR 1 İyul 2011 / 23:48 2325
-  A +

Türkiyənin "Qalatasaray" klubu yeni baş məşqçi Fatih Terimlə münasibətlərini rəsmiləşdirib. Qol.Az-ın məlumatına görə, Terimlə 3 illik müqavilə imzalanıb.

Bununla da 58 yaşlı mütəxəssisin "sarı-qırmızı" komandada üçüncü müddətə baş məşqçilik dövrü rəsmən başlanıb. Anlaşmaya əsasən, yeni baş məşqçi ildə 2 milyon avro əmək haqqı alacaq. 

Qeyd edək ki, Fatih Terim əvvəllər 1996 - 2000 və 2002 - 2004-cü illərdə də "Qalatasaray"ın baş məşqçisi olub.  

Son xəbərlər