Türkiyə millisinin və "Valensiya" klubunun yarımmüdafiəçisi Mehmet Topal yenidən diqqət mərkəzinə düşüb. Qol.Az-ın məlumatına görə, türk jurnalistlərin suallarını cavablandıran Topal AÇ-2012-nin seçmə mərhələsinə də toxunub.
Topal ona ünvanlanan "Türkiyə millisi hər zaman zəif komanlara qarşı oyunda vacib xallar itirir. Bunun əsas səbəbi kimi rəqibi qiymətləndirməməyimiz ola bilərmi? Məsələn, DÇ-2010-da Estoniya, AÇ-2012-də Azərbaycan yığmaları ilə oyunda xal itirməyimiz" sualına belə cavan verib:
"Xeyr. Mən Türkiyə yığmasında çıxış etdiyim dövrdən deyə bilərəm ki, komandada heç vaxt belə düşüncə olmayıb. Bütün rəqiblərimizə hörmətlə yanaşmışıq. Hər bir rəqibi yüksək qiymətləndirmək lazımdır ki, uğur qazana biləsən. Üstəlik Azərbaycan millisi də zəif rəqib deyil. Sadəcə bir qədər bəxtimiz gətirmədi və oyunumuzu itirdik.
Onu da qeyd etməliyəm ki, müasir dövrdə zəif rəqib anlayışı yoxdur. Hər bir rəqib istənilən komandanı məğlub edə bilər. Biz yığma komanda olaraq bunun acısını çox yaşamışıq. Lakin artıq bunlardan dərs çıxararaq qarşıdakı oyunlarda daha diqqətli oynamalıyıq".
Rafinya zədələndi
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı