Uruqvay yığmasının qapıçısı “Qalatasaray”da

Uruqvay yığmasının qapıçısı “Qalatasaray”da
XƏBƏR 1 İyul 2011 / 17:17 2477
-  A +

Uzun müddətdir “Latsio”nun argentinalı qapıçısı Fernando Musleranı heyətinə qatmağa çalışan “Qalatasaray” arzusuna çatıb. Qol.Az-ın məlumatına görə, İstanbul klubu gənc qolkiperin keçidi ilə bağlı italyanlarla razılığa gəlib.

“Sarı qırmızılılar” Musleraya görə qarşı tərəfə Lorik Sana və müəyyən məbləğdə pul verəcək. “Qalatasaray” rəsmilərindən Əli Dürürst bu gün axşam saatlarında digər məsələləri də həll etmək üçün Romaya gedəcək.

Qeyd edək ki, klub rəhbərliyi tərəfindən rəsmi məlumatın sabah veriləcəyi məlum olub.

Daha çox


Son xəbərlər