"İnter"in baş məşqçisi Kaxaber Sxadadze klubun rəsmi saytına müsahibə verib. Qol.AZ-ın məlumatına görə, gürcü mtəxəssis bəzi futbolçularla çalışmaqdan imtina etməsi, komandaya gələn yeni oyunçular və yeni mövsümə hazırlıq planlarından danışıb.
- Mövsümün başa çatmasından sonra komanda bəzi futbolçularla yolunu ayırdı, kimsə komandanı öz istəyilə tərk etdi, bəziləriləsə müqavilənin müddətinin uzadılmaması barədə qərar qəbul olundu...
- Gəlin sıra ilə danışaq. Mövsümün əvvəlində dəvət edilmiş, ancaq komandaya kömək edə bilməyən futbolçulardan-Jivko Jelev və Mario Souzadan başlayaq. Biz onları artıq qışda transferə çıxarmışdıq, lakin onlar özlərinə yeni komanda axtarmadılar və buna görə də, onları “Simurq” komandasına icarəyə verilməsi qərara alındı. Yəni bu oyunçularla yollarımızı hələ mövsümün gedişində ayırmağı planlaşdırmışdıq.
İndi isə gənc yerli futbolçular – Tofiq Mikayılov və Səbuhi İsmayılov barəsində danışaq. Biz onları oyun praktikası əldə etmək və özlərini yaxşı tərəfdən nümayiş etdirmək niyyətilə icarəyə göndərdik, lakin təəssüf ki, bu, baş vermədi və onların yerinə digər azərbaycanlı gənc futbolçular cəlb etməyə başladıq.
David Odikadze və Kaxaber Mjavanadze barədə nə deyə bilərəm? Bu futbolçulara yalnız minnətdarlığımı bildirmək istəyirəm. Onlar “İnter”in 2010-ci ildə Azərbaycan çempionu və 2011-ci ildə Birlik Kuboku titullarının qazanılmasında böyük rol oynadılar. D.Odikadzeyə Tbilisinin “Dinamo” komandasından təklif gəldi və o, bu komandaya keçmək barədə qərar qəbul etdi. Kaxaber Mjavanadze zədədən sonra uzunmüddət bərpa prosesini yaşadı və bu prosesi sona çatdıra bilmədi. Bundan başqa, belə ağır zədədən sonra süni otörtüyündə oynamaq onun üçün çətin idi və buna görə də qarşılıqlı razılıq əsasında əməkdaşlığımızı davam etdirməmək barədə qərar qəbul etdik.
Aleksandr Çertoqanovun məsələsi ayrıca mövzudur. İki il öncə mən “İnter”də işləməyə başladığım zaman ilk xahişim Aleksandr Çertoqanovun və Mahir Şükürovun komandaya cəlb edilmələri olmuşdu. O zaman hər iki futbolçu üçün mövsüm o qədər də uğurlu alınmamışdı, onlar qeyri-stabil oynayırdılar, lakin bununla belə mənim onların potensialları barədə heç bir şübhəm yox idi. Mən həmişə bu oyunçulara inanırdım. Demək istəyirəm ki, əgər Mahir Şükürov üzərində səylə işləyərsə, o zaman Avropanın demək olar istənilən klubunda oynaya bilər. Amma Aleksanr Çertoqnovun məsələsinə qayıdaq. Bir daha təkrar edirəm, onun potensialı barədə məndə heç zaman şübhəm yaranmayıb, Saşanın bir çox yaxşı keyfiyyətləri var.
Mən ona da minnətdaram, karyerasının iki ilini “İnter”ə həsr etdi və yuxarıda sadalanan titulları qazanmaqda bizə yardımçı oldu. Ancaq futbol həyatı qısadır və onun “Qəbələ”dən sərfəli təklif alması barədə söhbətlər dolaşan zaman, halbuki onu heç buraxmaq istəmirdim, ona belə dedim: “Seçimi özün et! Mən də futbolçu olmuşam və futbolçu karyerası əbədi deyil. Buna görə də qərarı özün qəbul et, onun necə olmasından asılı olmayaraq, qərarına hörmətlə yanaşacağam”. Nəticədə “Qəbələ”də onun üçün daha yaxşı olacağını hesab etdi. Saşaya yeni komandasında uğurlar arzulayıram və “İnter”də keçirdiyi illərə görə ona bir daha təşəkkür edirəm.
Haqqında danışmaq istədiyim növbəti futbolçu Filip Despotovskidir. Biz bu futbolçunu komandaya “sökülmüş” halda cəlb etmişdik, buna görə də, onunla çox işləmək lazım gəldi. Filip pis futbolçu deyil, Makedoniya millisinin oyunçusudur, lakinbirinci dövrədə “Simurq”la oyun zamanı aldığı zədədən sonra o, təəssüf ki, özünə gələ bilmədi. Onun arsenalında da həmçinin bir çox yaxşı keyfiyyətlər var: o, futbolu yaxşı anlayır, meydanı yaxşı görür, ancaq, təəssüf ki, makedoniyalı bu keyfiyyətlərini meydanda nümayiş etdirməyi bacarmadı. Buna görə də onunla müqavilə müddətinin uzadılmaması qərara alındı.
Rövşən Əmiraslanov barədə nikbin nəsə deyə bilmərəm. Hesab edirəm ki, onun üçün çox işlər görmüşəm, futbolçu kimi formalaşmasına kömək etmişəm. O, çox şey öyrəndi, lakin onun başqa kluba keçmək barədə qərarını, doğrusu, anlamıram. O, hətta zəng etmədi, getməsi barədə məlumat vermədi. Nə etmək olar...Deyə bilərəm ki, şəxsən mənim xahişimlə bu futbolçunun iki dəfə əmək haqqı artırılmışdı. Mövsümü uğursuz başa vurmağımıza baxmayaraq, onun gələcək il üçün imzalanacaq müqaviləsinin maliyyə tərəfini yaxşılaşdırmaq planlaşdırılırdı, lakin o, “Qəbələ”yə keçmək barədə qərar qəbul etdi. Onun qərarıyla bağlı məndə inciklik yarandı, axı, hesab edirəm ki, bu oyunçu üçün çox işlər görmüşəm. Amma hər halda mən kinli insan deyiləm, ona da karyerasında səmimi qəlbdən uğurlar və əmin-amanlıq arzulayıram.
İndisə Dmitri Kruqlov barəsində danışmaq istəyirəm. Biz bu oyunçunu “Lex” komandasıyla matçöncəsi anlaşmışdıq. Polşalılarla matça bir həftə qalmış biz çox keyfiyyətli futbolçunu, komandamızda böyük rol oynamış Andrey Rubinsi itirdik və bizə təcili sürətdə sol cinah oyunçusu tələb olundu. Oyun sistemimizdən çıxış edərək lazım gəldiyi halda Dmitri sol hücumçusu mövqeyində oynamalıydı. Lakin təəssüflər olsun ki, o, bunun üçün lazımi keyfiyyətlərə malik deyildi. Onun çalışqanlıq, güclü zərbə,- təəssüf ki, ötən mövsümdə bu keyfiyyətini nümayiş etdirə bilmədi,-kimi yaxşı keyfiyyətləri var. Amma o, Rubinsin mövqeyində çıxış edə bilmədi, bu futbolçular həddən artıq müxtəlifplanlı futbolçulardır. Lakin İlia Kandelakinin zədələnməsindən sonra D.Kruqlovu sol müdafiəçi mövqeyinə keçirdik və orada inamla oynadı. Yeri gəlmişkən, Estoniya millisində də o, məhz sol müdafiəçi mövqeyində çıxış edir və mən hesab edirəm ki, bu, onun yeridir. Buna görə də bizdə elə bir vəziyyət yarandı ki, eyni mövqedə oynayan iki futbolçu-İ.Kandelaki və D.Kruqlov arasında seçim etmək lazım gəldi. Biz də İ.Kandelakinin xeyrinə seçim etdik.
Heç bir halda D.Kruqlovun kvalifikasiyasını şübhə altına almaq istəmirəm, ancaq, doğrusu desək, hazırda eyni mövqedə çıxış edən iki yüksək səviyyəli futbolçunu saxlaya bilmərik. D.Kruqlova karyerasında uğurlar arzulayıram, mən əminəm ki, o, yeni klubunda özünü göstərəcək.
- Dmitrinin özü bu yaxınlarda verdiyi müsahibədə bildirmişdi ki, “İnter”dən getməsi barədə, komandaya lazım olmaması haqqında məlumatı mətbuatdan öyrənib...
- Lazım deyil-doğru anlayış deyil, demək olmaz ki, D.Kruqlov bizə lazım olmadı. Mən vəziyyəti ətraflı izah etdim, bu oyunçuyla ayrılmağın səbəblərini açıqladım. Onunla müqavilə müddətini yalnız yaranmış vəziyyətlə bağlı uzatmadıq. Bu qərar onun kvalifikasiyasıyla bağlı deyil.
Bu, adi iş anıdır. Mən D.Kruqlova bu qərara anlaşıqla yanaşmasını xahiş edirəm . Ona futbolçuyla “İnter” arasında düşmənçiliyin olmasının sərf etdiyi və vəziyyətdən öz xeyirlərinə istifadə etməyə çalışan insanların təsiri altına düşməməsi lazımdır.
- İndiyədək Baltikyanı ölkədən olan futbolçuyla-Robertas Poşkusla bağlı yaranmış məsələ hələ də açıq qalır...
-Biz Robertas Poşkusu şəxsən mənim xahişimlə komandaya cəlb etmişik. O zaman o, 6 ay oyun praktikasına malik deyildi, artıq çəkili “dağılmış” vəziyyətdəydi. Lakin mən bilirdim ki, o, güclü, təcrübəli futbolçudur və onun futbol oynaya bildiyinə heç bir şübhəm yox idi. O, 2009-2010-ci il mövsümünü çox yaxşı oynadı, Girts Karlsonsla birlikdə 23 qol vurdular, bununla yanaşı, bütün oyunlar Azərbaycan çempionatında bizim qələbəmizə böyük töhfəsini vermişdi.
Ancaq növbəti mövsümə R.Poşkus lazımi qaydada hazırlaşa bilmədi, ona görə ki, toplanışlarda çox sayda məşq buraxmışdı. Axı, o, komandaya başqalarından gec qoşulmuşdu. Sonra onun qeyri-stabil dövrü başlandı. Onun fizioloji göstəricilərdən çıxış edərək deyə bilərəm ki, formada olması üçün daim məşq etməlidir, ona çox məşq etmək etmək lazımdır. Nə qədər çox məşq edirdisə, bir o qədər yaxşı oynayırdı. Təəssüf ki, ötən il onun oyununda eniş başlandı, biz onunla bu barədə söhbət etdik.
Qışda vəziyyət yenidən təkrarlandı və ona qarşı cəza tətbiq edildi. Lakin biz ona daha bir şans verdik, klubun da onun köməyinə ehtiyacı vardı. Ancaq nəticə əldə edilmədi, o, mövsümün ikinci hissəsini də uğursuz başa vurdu. Fikirləşirəm ki, onun üçün komandanı dəyişmək daha yaxşı olar. Onun xarakterini bilərək şübhə etmirəm ki, o, yeni klubunda özünü göstərəcək. Bilirsiniz, elə anlar olur ki, futbolçu şəraiti dəyişməlidir və R.Poşkusla bağlı vəziyyət bu qəbildəndir.
İndi klubdan getmiş futbolçular barədə çox yazırlar. Lakin demək istəyirəm ki, sadalanan futbolçular üçün mən çox işlər görmüşəm və onlar kluba kömək etməklə mənə əvəzini veriblər. Onların sayəsində iki mövsüm ərzində iki mükafat qazandıq. İki il ərzində çalışdığım, ancaq bu mövsümdə işləməyəcəyim futbolçulara səmimi minnətdarlığımı bildirirəm və ürəkdən onlara uğurlar arzulayıram.
- Bundan başqa, ilk mərhələdə Bronislav Çervenka və Nizami Hacıyevlə müqavilə müddətini uzatmamaq qərara alınmışdı. Lakin sonradan onlar komandayla birlikdə Türkiyəyə yollandılar...
-Bronislav Çervenka xasiyyətcə liderdir. O, kifayət qədər sanballı yaşdadır, ancaq bu planda mənim başqa yanaşmam var. Avropada futbolçunun pasportuna baxmırlar və mən də hesab edirəm ki, belə etməyə dəyməz. Yaxşısı budur meydana baxasınız, axı, matç boyu B.Çervenkanın komandanın digər daha gənc futbolçularından daha çıx fiziki-taktiki hərəkətləri var. O, hamıdan daha çox işləyir, ürəkdən oynayır və bu futbolçu gənclər üçün nümunədir.
Hazırda bizim komandada çox yerli gənc futbolçular cəmləşib-bu, bizim siyasətimizdir, biz buna tədricən addımladıq. Zənnimcə, “İnter”in heyətində bu qədər azərbaycanlı futbolçu heç zaman olmayıb. Onların böyük əksəriyyəti gənc oyunçulardır, hansılar ki, onlara yol göstərmək lazımdır və kiminsə arxasınca getmələri lazımdır və belə futbolçu da məhz B.Çervenkadır. Bundan başqa, bizim heyətdə gənc futbolçuların nümunə götürə biləcəyi digər futbolçular da var-Valeri Abramidze, Georgi Lomaya, İlia Kandelaki və Vladimir Levin.
Bronislav Çervenkanı komandaya qaytarmaq mənim qərarımdır. Biz maliyyə planında danışdıq, o, doğrusu, kompromisə getdi və mən komandada qalmasına razılıq verdiyinə görə ona minnətdaram.
Nizami Hacıyevə gəldikdə onu deyə bilərəm ki, bu oyunçunu biz ötən yayda komandaya cəlb etdik, özü də pulsuz yox, ona görə pul ödədik. Özünün birinci komandasında-“Xəzər-Lənkəran”da o, demək olar, oynamırdı. Qəlbən çox təmiz və yaxşı oğlandır, lakin bununla yanaşı, ona ciddilik çatışmır. Nizami özünə və işinə ciddi yanaşmır. Mən ona ciddi olmağı məsləhət görərdim. Ona görə ki, ona hər zaman şans verilməyəcək və şanslardan istifadə etməyi bacarmaq lazımdır. Hesab edirəm ki, bu, onun “İnter”də möhkəmlənməsində sonuncu şansıdır. Keçirdiyimiz məşqlərdən çıxış edərək deyə bilərəm ki, o, hələlik ciddi-cəhdlə işləyir. Lakin bu, yalnız indi olmamalıdır-bu səy onda hər zaman olmalıdır. Onun məsələsi hələlik açıq qalır, amma tezliklə mütləq həllini tapacaq. Hər şey ondan asılıdır.
Azərbaycanlı futbolçu dünyasını dəyişib
Ter Ştegen 4 ay yaşıl meydanlardan uzaq qala bilər
"Mançester Siti" 18 yaşlı oyunçunu transfer etdi
"İmişli"dən yeni transfer
Elmar Baxşıyev "Trabzonspor" üzərində qələbəni şərh etdi
"Neftçi" Polşadakı ilk oyununda heç-heçə etdi
"Çelye" - "Sabah": Heyətlər
"Karvan" yeni transferini reallaşdırdı
"Araz-Naxçıvan" "Trabzonspor"a qalib gəldi
"Qarabağ" yeni transferini rəsmən açıqladı - Şəkillər
"Mançester Yunayted" onun üçün 70 milyon təklif etdi
"Napoli" yeni transferini açıqladı
Peres və Alonso arasında fikir ayrılığı yarandı
"Liverpul"la razılaşdı
Yamal: "Xəyalımı gerçəkləşdirirəm"
"Arsenal" qadın futbolunun ən bahalı transferini açıqladı
"Real"dan Alaba qərarı
Coşua Kinq bu kluba keçdi
Cerrard 45 yaşında baba oldu
"Neftçi" səfər formalarını da təqdim etdi - Şəkillər
"Qarabağ" məşhur klubdan futbolçu transfer etdi
Qurban Qurbanov Belfastda - Oyunu stadiondan izlədi
Ronaldo uğurları sıraladı
"Qarabağ"ın "Şelburn"la oyunlarının vaxtı açıqlandı
Avrokuboklardan 10 illik kənarlaşdırıldılar
"Sabah"dan ayrılan Çakla bu kluba keçdi
"Barselona" Yamalla yeni müqavilə imzaladı - Rəsmi
Mbappe barədə araşdırma başladıldı
Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə yekun vuruldu
"Qarabağ"ın ÇL-dəki rəqibi dəqiqləşdi
"Karvan" ingiltərəli futbolçu aldı
"Neftçi" yeni ev formalarını təqdim etdi - Şəkillər
"Mingəçevir" yeni transferini açıqladı
"Rəqibi ciddi şəkildə təhlil etmişik" - Valdas Dambrauskas
VAR qaydalarında dəyişiklik ola bilər
"Sumqayıt"dan yeni transfer - Rəsmi
"Zirə" Türkiyə klubuna qalib gəldi
İspaniya nəhəngi onun transferini açıqladı
"İnter Mayami" "Atletiko" ilə razılaşdı