Dünən Avroliqanın birinci təsnifat mərhələsinin ilk görüşündə Ağdamın "Qarabağ" klubu səfərdə Litva "Baqnqa"sının qonağı olub. Qol.Az-ın məlumatına görə, "Qarabağ" cütün taleyini elə ilk oyundaca həll etməyi bacarıb.
Rəqibini 4:0 hesabı ilə darmadağın edən Qurban Qurbanovun komandası bu nəticə ilə Azərbaycan futbol tarxində daha bir ilkə imza atıb. Avrokuboklarda həm qələbələrin, həm də vurulan qolların sayına görə "Neftçi"ni qabaqlayan "Qarabağ"ın növbəti mərhələyə keçəcəyi heç kəsdə şübhə doğurmur.
İkinci təsnifat mərhələsində isə "Qarabağ"ın rəqibi Farer adalarının "Streymur" klubu olacaq. Bu komandanı daha yaxından tanıyaq.
1993-cü ilə yaradılan "Streymur" klubunun sahibi Rolant Hoysteddir. Əsasən yerli oyunçulardan təşkil olunmuş gənc komanda cəmi bir dəfə ölkə çempionluğu sevinci yaşayıb ki, bu da 2008-ci ilə təsadüf edir. Lakin "Streymur" 3 dəfə ölkə kubokunu qazanmağa (2007, 2008 və 2010) müvəffəq olub.
Azərbaycandan fərqli olaraq hazırda isə Farer adalarında ölkə çempionatı davam edir. "Streymur" klubu 20 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Avropada isə komanda zəif çıxışı ilə yadda qalıb. "Streymur" ilkin mərhələlərdə mübarizəni erkən dayandırmalı olub.
"Streymur"un stadionu isə 1000 nəfər tamaşaçı tutumuna malikdir. Komanda öz meydanında əsasən mavi-qara, səfərdə isə ağ-qara formaları ilə çıxış edir. "Streymur" klubunun baş məşqçisi isə Hesin Aşkamdır.
Qeyd edək ki, "Qarabağ" "Banqa" səddini keçəcəyi təqdirdə Avroliqanın ikinci təsnifat mərhələsi çərçivəsində iyulun 14-də səfərdə "Streymur"un qonağı olacaq. Cavab qarşılaşması isə bir həftə sonra - iyulun 21-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Rafinya zədələndi
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı