Xavi Hernandes: “Fabreqas əsl istedaddır”

Xavi Hernandes: “Fabreqas əsl istedaddır”
XƏBƏR 1 İyul 2011 / 13:20 2014
-  A +

“İstənilən komandada rəqabət olmalıdır. Fabreqasın “Barselona”ya keçməsi klub daxilində rəqabəti artıracaq”. Qol.Az-ın məlumatına görə, bu sözləri Kataloniya klubunun yarımmüdafiəçisi Xavi Hernandes deyib. Fabreqasın “Barsa”ya keçməyini istəyən ulduz futbolçu onu əsl istedad adlandırıb:

“Fabreqası komandamızda görmək əla olardı. Düzdür, onunla rəqabət aparmaq mənə elə də asan olmayacaq. Çünki Fabreqas əsl istedaddır. Amma maraqlı olacaq. Keçidi baş tutsa,  “Barselona”nın gücünə güc qatacaq”.

Daha çox


Son xəbərlər