SSKA-nın baş məşqçisi Xristo Yanev UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”ı penaltilər seriyasında məğlub etdikləri oyundan sonra fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, bolqarıstanlı mütəxəssis qələbənin motivasiyadan çox, taktiki hazırlığın nəticəsi olduğunu bildirib.
“Burada söhbət motivasiyadan yox, komandanın taktiki savadından gedir. Məşqçi heyətimi təbrik edirəm. Rəqibi təhlil etmək və ona qarşı düzgün mübarizə aparmaq üçün çox çalışdıq. Bilmirəm, insanlar nə qədər böyük klubu mübarizədən kənarlaşdırdığımızı anlayırmı?”
Yanev azarkeşlərin dəstəyinə ehtiyac duyduqlarını vurğulayıb:
“Bizə azarkeşlərin dəstəyi lazımdır və onlara təşəkkür edirəm. Qarşı tərəfdə 17 illik təcrübəyə malik baş məşqçi və ötən mövsüm “Benfika”ya qalib gəlmiş, “Çelsi” ilə heç-heçə etmiş komanda var idi”.
O, gördükləri işə inandığını deyib:
“Göstərmək istəyirdik ki, gördüyümüz iş o qədər də pis deyil. Mənə qalan yeganə şey inamdır. Bəzən onu itirir və bu vəziyyətin öhdəsindən gəlib-gəlməyəcəyimiz barədə tərəddüd edirəm. Amma ümidsiz deyiləm. Nəyə qadir olduğumu bilirəm”.
SSKA-nın çalışdırıcısı mübarizəni davam etdirəcəyini bildirib:
“Bu komandanın Avropada oynaması üçün çalışıram. Çox enerji sərf edirik. Klub sahibinə bu komandanın nəyə qadir olduğunu göstərmək istəyirik. Mən dəyişməyəcəyəm. Heç vaxt dəyişməyəcəyəm. Mübarizə aparmağa öyrəşmişəm”.
Yanev komandasının Avropa Liqasının əsas mərhələsinə yüksəlmək şansına da toxunub: “Bu gün çox dəyərli komanda olduğumuzu göstərdik. Tale bizim tərəfimizdə olsa və eyni oyunu nümayiş etdirsək, niyə də Avropa Liqasının əsas mərhələsinə yüksəlməyək?”
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri
İspaniya kralı Messini şam yeməyinə dəvət etdi