Kiyev klubu "Qəbələ"ni dayandırdı

XƏBƏR 1 İyul 2011 / 11:57 1962
-  A +

Ukrayna paytaxtı Kiyevdə “Obolon” turnirində qrup mərhələsini uğurla adlayan “Qəbələ”nin 13 yaşa kimi futbolçulardan ibarət komandası finala çıxmaq şansını dəyərləndirə bilməyib. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, yarımfinalda “Zvezda” (Kiyev) ilə qarşılaşan təmsilçimiz 1-3 hesabı ilə məğlub olub. “Qəbələ”nin yeganə qolunu Murad Məmmədxanov vurub. Bu gün Hüseynqulu Quliyevin yetirmələri turnirdə son oyunlarını keçirəcəklər. Üçüncülük uğrunda mübarizə aparacaq “Qəbələ”nin rəqibi “Kiyev” FK olacaq.

Daha çox


Son xəbərlər