"Qarabağ" topla oynamağı sevən, çox ciddi bir rəqibdir. İlk matçdakı oyunu təkrarlamalıyıq. Hamımız yolumuza davam etmək istəyirik".
QOL.az xəbər verir ki, bu sözləri Bolqarıstanın SSKA klubunun baş məşqçsi Xristo Yanev UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin "Qarabağ"la sabah keçiriləcək cavab matçı üçün təşkil edilən mətbuat konfransında deyib.
O, oyunda əzmkarlıq sayəsində uğur qazanmağın mümkün olduğunu bildirib: "Mən heç vaxt komandanı müdafiə və hücuma bölməmişəm. Rəqibə qarşı möhkəm dayanmalı və öz güclü tərəflərimizi göstərməliyik. Bütün komanda maksimum gücünü ortaya qoymalıdır. Heç kim qeyri-stabil çıxış etmək istəmir. Amma bu, dünyanın hər yerində baş verir. Sabitlik lazımdır. Bilirəm ki, Bolqarıstanda prosesləri gözləməyə səbir yoxdur. Lakin bunun üçün vaxt tələb olunur. Hamımız buna nail olmaq üçün çalışırıq. James Eto'o "Botev"lə matçda olduğu kimi, "Qarabağ"a qarşı da oynamağa hazırdır. Bütün futbolçuların ən yaxşı formada olmasını istəyirəm. James keyfiyyətli futbolçudur. Hamımız istəyirik ki, meydana çıxanda komandaya qələbə qazandıran oyun nümayiş etdirsin".
Yanev oyuna sakit yanaşdığını qeyd edib: "Mən hər gün eyni işi görürəm - komandanı növbəti oyuna ən yaxşı şəkildə hazırlayıram. Qarşılaşmanın əhəmiyyətini və rəqibin ciddiliyini bilirik. Xəyallara qapılmırıq, ayaqlarımız yerdədir. Azarkeşlərin dedikləri vacibdir. SSKA hər vəziyyətdə irəli getməlidir. Oyunda baş verə biləcək bütün ssenariləri nəzərə almışıq. Hər şey ola bilər. Keyfiyyətimiz var və öz gücümüzə inanmalıyıq. İlk matç göstərdi ki, "Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var. Onların yaxşı futbolçuları, təcrübəli baş məşqçisi və öz oyun üslubu var. Bütün bunları ətraflı təhlil etmişik. Amma bizim də çox keyfiyyətli futbolçularımız var. Rəqibin oyununa tam fokuslanmamalıyıq. Sabah uğur qazana bilərik".
Baş məşqçi azarkeşlərin rolundan da danışıb: "Hazırda futbolçu olduğum dövrlə müqayisədə daha çox məlumata sahibik. İşlədiyim məşqçilərdən, həmçinin "Liverpul", "Milan", "Blekbern" və "Bayer"ə qarşı keçirdiyim oyunlardan çox şey öyrənmişəm. Həmin matçlardakı məşqçilərimin öz futbolçularına inamını nümunə götürürəm. O vaxt stadion qaynayan qazan idi. Sabah da bunu görmək istəyirəm. Enerji meydançaya ötürülməli və hamı hansı böyük klubda çalışdığımızı hiss etməlidir".
Xatırladaq i, sabah Sofiyada keçiriləcək SSKA - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Komandaların Bakıdakı il görüşü qolsuz heç-heçə ilə bitmişdi.
“Sabah” və Mikels 10-a çatdı
74 yaşlı Ranyeri yeni vəzifəyə təyin olundu
Bu mövsüm Azərbaycana ən çox əmsalı “Sabah” qazandırıb
"İmişli" yoxlama oyunu keçirdi
Azərbaycan güləşçisi finalda uduzdu - Dünya çempionatı
Rodri əməliyyat olundu
Azərbaycan dünya çempionatında ilk medalını qazandı
Mançini rəsmən İtaliya millisində - Yenilənib
"KuPS" - "Sabah": Heyətlər açıqlandı
"Qəbələ"də portuqaliyalı vinger - Rəsmi
"Mançester Siti" Qvardiolla müqaviləni yenilədi
17 yaşlı qazax “Çelsi”də debüt oyununda qol vurdu - Video
“Araz-Naxçıvan” rəqiblərini bu şəhərdə qəbul edəcək - Rəsmi
Zidanın Fransa millisində ilk açıqlaması
Depay Braziliya klubunda qalır
Ronaldo aktyorluq edəcək
Zidan rəsmən Fransa millisində!
Con Stounz "İnter"də
Ona "Vozinya" ləqəbi ilə oynamağa icazə verilməyəcək!
Türkiyənin güləş əfsanəsi Bakıda
"Beşiktaş"dan Salah açıqlaması
İnfantino haqda araşdırma başladıldı
SSKA-nın baş məşqçisi komandasından narazı qaldı